Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəzər Dəniz Gəmiçiliyi” italyan maqnatın beş gəmisini niyə alır, neçəyə alır...

İtaliyanın “Fratelli dAmato” gəmiçilik şirkəti borclarını bağlamaq üçün donanmasındakı sonuncu beş gəmini Azərbaycana satır

Virtualaz.org tradewindsnews.com-a istinadən xəbər verir ki, Neapolda mənzillənmiş və 150 ilə yaxın tarixi olan, Amatolar ailəsinə məxsus gəmiçilik şirkəti PSV tipli beş gəmisini brokerlər vasitəsilə Azərbaycanın “Xəzər Dəniz Gəmiçiliyi” QSC dövlət şirkətinə satıb. Sövdələşmənin detalları məlum deyil.

PSV (Platform supply vessel )tipli gəmilər xüsusi olaraq dəniz neft-qaz platformalarının təchizatı üçün nəzərdə tutulub. Belə gəmilərin uzunluğu 50-100 metr arasında olur və müxtəlif vəzifələr yerinə yetirir. Lakin PSV gəmilərinin əsas vəzifəsi platformaların maddi-texniki təchizatı, materialların, alətlərin və avadanlıqların, o cümlədən personalın çatdırılmasıdır.

“Fratelli D’Amato” şirkətlər qrupu ötən il iki şirkətini- “Fratelli d’Amato Spa” və “Dolphin Tanker Srl” şirkətlərini ləğv edib. Onların aktivlərini, o cümlədən həmin 5 PSV gəmisini satışa çıxarıb. Şirkətin rəhbəri Luici D’Amato bildirib ki, şirkətlərin ləğv edilməsi son zamanlar gəmiçilik sahəsində biznesin ziyan gətirməsi ilə izah edib. Uzun illərdir Cenevrdə yaşayan Luici D’Amato deyib ki, 2011-ci ildən donanmasının quru yük gəmilərini, tankerlərini və PSV gəmilərini bəzi partnyorların defolt olması və aşağı kirayə stavkaları ucbatından satmağa başlayıb.

“2007-ci ilin əvvəllərində mənim donanmam 25 gəmidən ibarət idi, 52 gəmini isə fraxt etmişdik (kirayə). Son illər hökm sürən böhranla bağlı mən tədricən bütün donanmamı satdım ki, kreditləri ödəyim”-italyan gəmiçilik maqnatı deyib.

Şirkət əsas diqqəti “Rolls Royce” şirkəti tərəfindən layihələndirilən və İtaliya tərsanələrində inşa olunan PSV gəmilərinə yönəldib. Amma bu sahədə də gəlir olmadığından həmin gəmiləri satmaq qərarına gəlib.

“2014-cü ilin mayında PSV bazarı çökdü və mən 10 belə gəmidən 5-ni satmağı qərara aldım, əldə etdiyim vəsaiti qalan 5-nə yönəltdim”-biznesmen demişdi.

Daha sonra Luici D’Amato qalan 5 PSV gəmisini də satmağı qərara alıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar