Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koçaryanla oturub kabab yedim, Heydər Əliyev məni yanına çağırdı və...

Tofiq Zülfüqarov sirləri açdı

"Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra başa düşməyə başladım".

PİA.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com saytına geniş müsahibəsində deyib.

O, müsahibəsində ulu öndər Heydər Əliyevlə bağlı maraqlı xatirəsindən də danışıb.

Həmin hissəni olduğu kimi təqdim edirik:

"Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra anlamağa başladım. Bir misal gətirim. Yaltada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilirdi. Orada qalstuksuz, yəni qeyri-rəsmi şam yeməyi düzənlənmişdi. Yaltada Mixail Qorbaçovun “Foros” adlanan iqamətgahı var. Kuçma göstərdi ki, bura Qorbaçovun iqamətgahıdır və sair. Gəzintidən sonra bir yerdə kabab verdilər. İndi Heydər Əliyev, Kuçma, Şevardnadze, Süleyman Dəmirəl oturublar. Görürəm ki, ermənilər – Koçaryanla Oskanyan kənarda tək qalıblar. Mən də gedib onların yanında oturdum ki, bunları bir az danışdırım. Müxtəlif məsələlərə aid fikir mübadiləsi oldu. Səhəri gün qayıtdıqda Heydər Əliyev təyyarədə məni yanında çağırdı. Oturduq, çay gətirdilər. Dedi, mən gördüm ki, sən onlarla gedib oturdun. Dedim, bəli, cənab Prezident. “Sən düz elədin”, – deyə Heydər Əliyev bildirdi. Əlavə etdi ki, bizə yaxşı olması üçün heç kim onları yaxın buraxmırdı və danışdırmırdı. Onların tək qalmaması üçün sən düz eləyib onlarla oturdun. Bəs yaxşı nə danışdılar? Mən də təbii ki, məruzə etdim. Yəni, bu baxımdan Heydər Əliyev çox maraqlı üslublar tətbiq edirdi və çox xoşlayırdı ki, kimsə ona uyğun addımlar atsın. Yada salınacaq şeylər çoxdur. Ancaq hər halda bəzən gedib düşmənlə yanaşı oturmaq da məsləhətdir. İndi bilmirəm, bəlkə mən rusdilli olduğum üçün gedib onlarla yanaşı oturdum (gülür). Bunu necə şərh edəcəklər? Vətənpərvərliyin az olmasına görə gedib onlarla oturub kabab yedim?"

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar