Elşən Əjdər oğlunun şeiri
Dönüb xəyallara sənsiz illərim
Daha həsrətinə dözmür urəyim
Yalnız yuxularda oldun qismətim
Sənsiz bu dünyanı neynirəm axı.
Niyə inanmadın mənim sevgimə
Xöşbəxtlik quşuydu qonan çiyninə
Hazırdım bu səsi yayım aləmə
Sənsiz bu dünyanı neynirəm axı.
Uşaqlıq sevgimin dolğun səsisən
Məktəb illərimin xatirəsisən
Eşqimin əl çatmaz zirvəsindəsən
Sənsiz bu dünyanı neynirəm axı.
Sevgisiz dünyanın ömrü az çəkər
Sevgiynən yaşayan sevgiynən köçər
Cənnətdə Mələyim olmasan əgər
Sənsiz O Cənnəti neynirəm axı ?!.
pia.az