Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədov yenidən “zühur etmək” istəyir

Keçmiş məmur-oliqarxın “Garant Holdinq” şirkətinə məxsus “Royal İsteyt” öz hədəflərinə amansızlıqla start verib

Yeraltı keçidlər, körpülər və kütləvi sığınacaq məkanlarının özəlləşdirilməməsi istənilən dövlətdə strateji önəm daşıyan obyektlər siyahısında yer alır. Azərbaycanda isə biz bunun əksini görürük. Vaxtilə nəqliyyat nazirliyinin tabeçiliyinə verilmiş yeraltı keçidlərdə kiçik sahibkarlıqla məşğul olmaq və mağazalar şəbəkəsini yaratmaqla ölkədə işsizliyin ləğvi kimi humanist addımlar atıldı. Bu sırada paytaxt Bakıda 28 May Metrosunun düz qarışısındakı Cəfər Cabbarlı Meydanındakı yeraltı keçid dövlət büdcəsi hesabına təmir olundu və müasir standartlara cavab verən mağazalar şəbəkəsi fəaliyyətə başladı. Əhaliyə yeksək səviyyədə mədəni xidmətdən hər kəs razı idi. Ancaq, zamanla burada bir çox problemlər yaşanılırdı. Səbəb milyardlarla manatı dövlət büdcəsindən talamış keçmiş oliqarx Ziya Məmmədov və onun çetesi idi. Əhalinin narazığılını nəzərə alaraq, prezident İlham Əliyev ona göstərilən etimaddan sui-istifadə etdiyi üçün vəzifəsindən uzaqlaşdırdı və biznes imperiyasını tamamilə çökdürdü. “Ölü də dirilərmiş” dilemması yenidən zühur etmək istəyir.

“Royal İsteyt”in köhnə kələklərinin təzək bəzəyi

Vaxtilə ölkə KİV-lərinin araşdırmalarında yer alan müdhiş informasiyalardan biri də məmur oliqarxiya siyasəti ilə ölkədə azğınlıq edən “Royal İsteyt” şirkətinin Britaniyanın Virginia adasında “Montgomery İndustreis” LTD şirkətinin törəməsi adı ilə “ofşor” qeydiyyatı üzə çıxmışdı. Elə bu günün özündə belə, şirkətin Bakıdakı ofisinin harada yerləşdiyi bəlli deyil. Ancaq, “MMC” statusu ilə dolayı yolla meydan sulamaqda davam edir. Dövlətin büdcəsi ilə tikilmiş, müasir standartlara cavab verən ərazini mənimsəyən Ziya Məmmədov və onun çetesi C. Cabbarlı Meydanındakı yeraltı keçiddə hər biri orta hesabla 36 kv.m. olan 80-dən çox mağazanı halal mülkü statusu ilə kiçik sahibkarlara icarəyə verərək qaz vurub qazan doldurmaq siyasətini yürüdür. Bu şirkət icarədarlarla “Royal İsteyt” blankı ilə müqavilə sənədlərini imzalasa da, sonradan onu “Royal Estate” adı altında əldə etdiyi gəlirlərini məharətlə gizlətməkdədir.

2012-ci ildə “Royal İsteyt” şirkəti C.Cabbarlı Meydanındakı yeraltı keçiddə mağazaları işlədən kiçik sahibkarlaqla müqavil əsasında ayda 800 manat icarə haqqı alırdısa, sonradan bu rəqəmlər 1000-1100 manat çatdırıldı. İndi müqavilə əsasında hər mağaza sahibindən müqavilə ilə 1000 manat icarə haqqı, qeyri qəsmi icarə ödənişi 2500 manata qaldırılıb. İcarədarlara təzyiq vasitəsi kimi, “Royal İsteyt” şirkəti yeni kələklərə üz tutub. Bu, 2019-cu il üçün yeni müqavilə təklifləridir. Hər mağaza üçün ayda 4000 manat icarə haqqının ödənilməsi tələbləri irəlli sürülüb. Yəni müqavilə üzrə ayda icarəçilərdən 1000 manat almaqla yanaşı, 82 mağazanın hər birindən ayda əlavə 3000 manat almağı hədəf seçib. Bununla yanaşı, müqaviləyə əlavə olunan ərizənin doldurulması isə analoqu olmayan rəzalətin simvoludur. Həmin ərizədə bildirilir ki, icarəçinin mülkiyyət iddiası yoxdur. Apardığımız müşahidələr zamanı bəlli oldu ki, 2019-cu ildən etibarən ayda 4000 manat icarə haqqı ödəmək üçün icarədarlar işçilərinin sayını azaltmaq məcburiyyətində qalacaqlar. Bu da ölkədə sosial siyasətə önəm verən hakimiyyətin siyasətinə qarşıdır. Çünki, işsizllərin sayı məhz bu amillərə görə artır.

“Nurçu”, “fətullahçı” və “vəhabi”lər çetesinin işbirliyi

“Nurçu”, “FETÖ”çu (Fətullah Gülən) və “vəhabi” cərəyanlarının dünyada qara bazarlarda silah biznesi, narkotik maddələrin ticarəti və insan orqanlarının transplatiyası ilə məşğul olduqları kimsəyə sirr deyil. Son üç ildə bu dəhşət saçan terror örgütləri demək olar ki, dünyanın hər yerində çökdürülüb. Çünki, bəşəriyyət üçün təhlükə mənbəyi olan, “Allahu Əkbər” deyərək başkəsən bu cəlladlara dünya birliyi lənət oxuyur. Buna görə də həmin çetelər indi fərqli taktika ilə hərkət edirlər. Hər hansı bir “obyekti” ələ keçirərək ya icarə haqlarını, ya da süni qiymət artımlarının sayəsində mövqelərini gücləndirmək iddiasını sərgiləyirlər. Azərbaycanda da zatən bu prosesi müşahidə etmək çətin deyil.

“Royal İsteyt” şirkəti 2017-ci ildə Cəfər Cabbarlı Meydanındakı yeraltı ticarət mərkəzində icarədarlara satmaq üçün hər bir mağaza üçün 300 min manat pul tələb etdiyində kiçik sahibkarlar ölkə KİV-nin dəstəyi ilə rəzalətin qarşını aldılar. O zaman Ziya Məmmədov və əlaltısı olan çetesi məcbur olub geri çəkildilər.

Faktiki olaraq “Royal İsteyt”i Ziya Məmmədovun bacısığlu Davud Əfəndizadə adlı birisi idarə edir. Bununla yanaşı, Z. Məmmədovun qardaşı Nəriman Məmmədovun oğlu Fuad Məmmədov icarə haqqını yığan baş maliyyəçidir. Məmmədovlar ailəsinin qohumu Anar Novruzov şirkətin icraçı direktorudur. D. Əfəndizadə vaxtilə Ziya Məmmədov nəqliyyat naziri işləyəndə “Bakı Sərnişindaşıma Nəqliyyat İdarəsi”nin rəisi idi.

Bakıda ilk dəfə keçirilən “Avropa Oyunları” zamanı 3 əcnəbi vətəndaş D. Əfəndizadənin himayə etdiyi sürücülərin səriştəsizliyi ucbatından ağır xəsarət almışdı. Azərbaycan hökuməti isə bu olayla bağlı külli miqdarda kompensasiya ödməli oldu. D. Əfəndizadənin “FETÖ”çularla köhnədən işbirliyində olduğunu bilməyən yoxdur.

Cəfər Cabbarlı Meydanındakı yeraltı ticarət mərkəzindəki icarəçilərdən kim nurçu-fətullahçı və vəhabilik kimi çetesinin çətiri altındadırsa, onlara kimsə “gözünün üstündə qaşın var” deyə bilməz. Apardığımız araşdırmalar zaman bəlli oldu ki, fətullahçı-nurçu və ya vəhabilərə məxsus çetelər Azərbaycanda tamamilə sarsılan dayaqlarını yenidən dirçəltmək üçün hərəkətə keçiblər. Ticarət və ictimai-iaşə obyektlərini ələ keçirməklə həmin müəssisələrdə icarə haqlarını və xidmət sahəsində qiymətləri qat-qat artırmaqla yeni şəbəkələr yaratmaq, onların çətiri altında çalışan insanları öz çetelərinin ətrafında birləşdirməklə güclü mövqelərə sahib çıxmaq istəyirlər.

Qeyri-rəsmi özəl sektor

“Royal İsteyt” MMC şirkəti Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirmə aparılan zaman guya Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddəki mağazaları özəlləşdiribdir. Halbuki, bu ərazi strateji əhəmiyyət daşıyan bir məkandır. Vaxtilə nəqliyyat nazirliyinin balansında olub. Ziya Məmmədov nazir olan zaman ailəsinə məxsus “Royal İsteyt” şirkətinə icarəyə vermişdi. Şirkət dövlət büdcəsi hesabına yüksək səviyyədə təmir olunan bu obyekti kiçik sahibkarlara icarəyə vermişdi. İcarə üçün ilkin ödəmələrlə yanaşı qeyri rəsmi şəkildə sahibkarlardan külli miqdarda rüşvət də alınmışdı. Ona görə ki, təmir üçün mağazalara ayrılmış vəsaitlər onların cibindən çıxdı. Hər bir icarəçi məcbur olaraq kredit götürərək 30-50 min dollar arası ilkin ödəniş (rüşvət) etdilər. Ziya Məmmədovun çetesi hər dəfə burada çalışan kiçik sahibkarlara zülm vermək üçün yeni ideyalar ortaya atır. Bütün işlərini isə, şirkətin maklerləri tərəfindən həyata keçirirlər. İz azdırmaqla həm də sabah bütün günahları “maklerlər”in boynuna atmaq taktikası ilə hərəkət edirlər.

“Royal İstet” şirkətinin Dövlət Əmlak Komitəsi tərəfindən təsdiq olunmuş özəlləşdirmə sənədinə faktiki olaraq əmlak məsələləri üzrə mütəxəssislər şübhə ilə yanaşırlar. Onlar bildirirlər ki, bütün yeraltı keçidlər müharibə şəraitində əhalinin sığınacaq məkanı kimi inşa edilib. Elə Cəfər Cabbarlı Meydanın yanında yerləşən Neft Akademiyasında baş verən terror olayı zamanı minlərlə insan həmin yeraltı keçiddən sığınacaq kimi istifadə etdilər. Əmlak məsələləri üzrə mütəxəssislər onu da bildirdilər ki, “Royal İstet” şirkətinə əmlak bazarında heç zaman isti münasibət olmayıb. Çünki, “Zigan Holdinq”in şəbəkəsi olan bu şirkətlə bağlı əmlak bazarında mənfi münasibət olub. Şirkətə məxsus əmlakların hüquqi sənədlərində qeyri dəqiqliklərin miqyasını yalnız ona rəhbərlik edənlər bilirlər.

“Royal İsteyt”in 2019-cu il hədəfləri

Ziya Məmmədovun biznes imperiyası tamamilə çökdürüldükdən sonra, onun rəhbərlik etdiyi çetelər dolayı yolla əldə saxladıqları obyektləri qeyri qanuni şəkildə özəlləşdirmək siyasəti yürütməklə yenidən gündəmə gəlmək hədəflərini ortaya qoyublar. Bu dəfə anti milli ünsürlər olan “nurçu”, “fətullahçı” və “vəhabi” qruplaşmalarını bir araya gətirərək bu hədəfləri sosial baza olaraq sərgiləyirlər. Ona görə nəzarət etdikləri obyektlərdə icarə haqlarını bir neçə dəfə qaldırmağı hədəf seçiblər. Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə kiçik sahibkarların gələn ildən hər mağaza üçün ayda 4000 min manat icarə haqqı ödəmələri şərtini irəli sürülüb. Halbuki, Bakıda ən ucuz və keyfiyyətli mallar məhz burada satılır. Burada əhaliyə ucuz və yüksək ticarət xidməti göstərən kiçik sahibkarlar ölkə rəhbərliyinin yeni təfəkkürlü biznes mühitini bilən mütəxəssislərdir. Ona görə ki, burada çalışan kiçik sahibkarlar xalqın içindən çıxıb və xalqa mədəni xidmətin dəyərini bilənlərdir. Buranın daimi müştəriləri də onlardan razıdırlar.

“Royal İsteyt” şirkəti icarə haqlarını artırmağın möhtəkirlik yolu ilə minbir növünü icad edərək icarədarları öz şəxsi mənfəətlərinə tabe etdirmək siyasətini yürüdür. İcarədarlara dolayı yolla hədə-qorxu gələrək “2019-ci ildən ayda 4000 manat ödəməyənlərlə yeni müqavilələr imzalayanmayacaq” tələbi qoyulub. Bütün bunlar azmış, yeni müqavilə ilə yanaşı hər bir icarədar əlavə 30-50 min manat rüşvət verməyə məcbur edilir. Bütün bunları şirkəti icraçı direktoru Anar Novruzov şərt olaraq gündəmə gətiribdir. Beləliklə 150 nəfər kiçik sahibkar ailəsi ilə birlikdə azacıq gəlir mənbəyindən məhrum qalmaq təhlükəsi ilə üzləşib. Ziya Məmmədov və onun çetesi yeni ideya kəşf ediblər: “Kölgədə qalan izlər, kölgədə qalan bizlər”. Bu o deməkdir ki, gizli çeteləşmə yolu ilə cəmiyyəti, xüsusilə kiçik sahibkarları dövlətə qarşı qaldırmaq yolu ilə intiqam almağa çalışırlar. Ölkədə bu gün infliasiya və iqtisadi böhran olmadığı bir dönəmdə süni bahalaşmaya yol açan hədəflərin arxasında gizlənən maraqlara üz tutan Ziya Məmmədov və onun çetesi bu yöndə hərəkət edirlər. Nurçu, fətullahçı və vəhabi çeteləri Azərbaycan dövlətinə və hakimiyyətə qarşı dolayı yolla əhalini üsyana cəlb etmək istəyirlər. Onlar bircə yeşi unudurlar ki, Azərbaycan marionet dövlət deyil. Cəfər Cabbarlı Meydanındakı yeraltı ticarət mərkəzində baş verən qanunsuz əməllərə görə kiçik sahibkarlar dövlət başçısına rəsmi müraciət etməyi qərara alıblar.(Hurriyyet.org)

pia.az


Etiket: Ziya Məmmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar