Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyğunçuluq edən şəxs saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinə qarşı soyğunçuluq edərək onun 540 manat dəyərində olan mobil telefonunu açıq talama yolu əldə edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan musavat.com-a verilən məlumata görə, dekabrın 6-da axşam saatlarında Quba rayonu Qaraçay kənd sakini İftixar Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək, həmkəndlisi Səhrab Baratovun ona məxsus “Samsung” markalı mobil telefonu məcbur aldığını, geri istədiyi zaman isə onu təhqir edərək yumruq zərbələri ilə xəsarət yetirdiyini bildirib.

Keçirilmiş tədbirlər nəticəsində Səhrab Baratov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Səhrab Baratov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talama) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

pia.az


Etiket: Quba

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar