Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiyanın Xəzər dənizi ilə bağlı narahatlıqları var"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır

Rusiyanın Xəzər dənizində Həştərxan yerləşən hərbi donanmasını Azərbaycanın şimal sərhəddinə yerləşən Kaspiysk şəhərinə köçürməsi Cənubi Qafqaza və Xəzər dənizinə strateji nəzarəti gücləndirməyə əsaslanır. Qeyd edim ki, Kaspisyk şəhərinə hərbi donanmanı köçürməklə Rusiya heç də geostrateji mövqelərini qoruya bilməyəcək. Çünki, ABŞ başda olmaqla NATO şərqə doğru genişlənmə siyasətini davam etdirir. Hazırda Cənubi Qafqaz Orta Asiya ölkələri Alyansla əməkdaşlığı yeni mərhələyə qaldırırlar. Rusiyanın yalnız, bu addımları region ölkələrinə qarşı potensial təhlükə vəd edir.

Kreml Astarxanda öz hərbi donanmasını Xəzərin cənub tərəfinə köçürməklə bir neçə hədəfi nəzərə alır. Birinci, Azərbaycan üzərindən Qazaxıstana göndərilən ABŞ hərbi yüklərinin də qarşısını əngəlləmək. İkinci, Bakı-Tiflis -Qars dəmiryolunun bərə xəttinə Asiyadan Avropaya daşınacaq yüklərə dənizdə nəzarət imkanlarını əlində saxlamaq. 3-cü, Yaxın Şərq istiqamətinə nəzarəti gücləndirmək.

Bundan əlavə Rusiyanın güclü Xəzər hərbi donanması birbaşa sahil ölkələrinin milli təhlükəsizliyini təhdid etməklə, gələcək perspektivdə hərbi təzyiqləri qaçılmaz edə bilər. Bu gün Ukrayna ilə yaşanan dəniz böhranını Rusiya Azərbaycana qarşı tətbiq etmək imkanlarına malik olacaq. Sərhədlərimizdə Rusiyanın güclü ballistik raket batareyalarının yerləşməsi sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Qafqaz və Mərkəzi Asiya ABŞ-la Rusiya arasında rəqabət meydanına çevrilir. Rusiya bununla, NATO-nun Şərqə xüsusi ilə Qafqaza genişlənməsinə, Xəzərə çıxışına əngəl yaratmağı qarşısına məqsəd qoyub.

Hazırda Rusiyanın Xəzər dənizi ilə bağlı narahatlıqları var. ABŞ Qazaxıstan limanlarından istifadə hüququ almaqla Kremli qəzəbləndirib. Göründüyü kimi Cənubi Qafaqzda siyasi dayaqlarını itirməkdə olan Moskva öz hərbi kontingentini gücləndirməklə regionu nəzarətdə saxlayır. Kaspisysk şəhərində təkcə hərbi donanma deyil, regionun güclü hərbi təyyarə bazası da yaradılıb. Buradan Suriya üzərinə uçuşlar, həmçinin Xəzər dənizinin hava sərhəddini nəzarətdə saxlamaqdır. Rusiya iqtisadi böhrana baxmayaraq, 10 milyard dollara burada öz hərbi bazasını inşa etdi.

Azərbaycan bu kimi təhlükələrə qarşı öz hərbi potensialını gücləndirməli, xüsusi ilə raketdən və havadan müdafiə sistemlərini inkişaf etdirməlidir. Aydın olur ki, Rusiyanın Azərbaycana satmaqdan imtina etdiyi müasir havadan müdafiə raket sistemləri baş verən proseslərlə bağlıdır. Məhz bunu da dolayı yolla etiraf etdilər ki, bu raketlər dənizdə Rusiya hərbi donanması üçün təhlükə ehtiva edir.

Ümumiyyətlə Xəzər dənizində Rusiyanın güclü hərbi ekskadrilyasının olması, ballistik raketləri, sualtı qayıqları NATO-nun Xəzər və Mərkəzi Asiyaya doğru istiqamətinə sədd çəksədə, qarşısını ala bilməyəcək.

pia.az


Etiket: Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar