Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: Danimarka şirkəti Qarabağa heç bir məhsul ixrac etməyib

Ölkəmizin kütləvi informasiya vasitələrində yayılmış Danimarkanın dərman preparatları istehsalçısı olan “Novo Nordisk” şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimə dərman məhsullarının satışının həyata keçirilməsi haqqında məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi tərəfindən araşdırılıb

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Araşdırma nəticəsində müəyyən olunub ki, Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil, bu ərazi ilə heç bir ticarət müqaviləsi mövcud deyil və Dağlıq Qarabağa heç bir məhsul ixrac edilməyib.

Bu məlumatı öz məktubunda təsdiq edən Danimarka şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etdiyini və Azərbaycanın milli qanunvericiliyi, eləcə də beynəlxalq hüquqa uyğun fəaliyyət göstərdiyini xüsusi olaraq vurğulayıb.

Danimarka şirkəti, həmçinin mətbuatda bu cür xəbərlərin yayılmasından narahat olduğunu və “Novo Nordisk”in Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar