Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun seksist olduğu üzə çıxıb

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov gələcəkdə onun yerinə hər hansı qadının gəlməsini qeyri-mümkün hesab etdiyini bildirib

Virtualaz.org “Bloomberg TV”yə istinadən xəbər verir ki, Ələkbərovun sözlərinə görə, öz davamçıları kimi yalnız kişiləri nəzərdən keçirir, çünki bu potensiala sahib olan heç bir qadın onun nəzərində yoxdur.

Ələkbərov hesab edir ki, bunun səbəbi neft sahəsinin xarakteri daha çox kişilərə uyğundur. “Təəssüf ki. sahəmiz ümumilikdə heç vaxt qadın mütəxəssis yetişdirməyib. Həmişə kişilər hazırlanıb”, - o deyib.

Lakin “Lukoil” şirkətinin başçısı istisna etməyib ki, gələcəkdə vəziyyət dəyişə bilər.

Onun sözlərinə əsasən, şirkət universitetlərlə sıx əməkdaşlıq edir və idarəetmə strukturlarında işləmək üçün potensial namizədlər arasında dörd qadın var.

Daha öncə Ələkbərov bildirmişdi ki, təxminən beş ildən sonra şirkət rəhbərliyində dəyişikliklər baş verə bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar