Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

“Nar” Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq foruma dəstək oldu

Məqsəd mobil operatorun ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Qeyd edək ki, forum Kənd Təsərrüfatı NazirliyiEnergetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçirilən beynəlxalq forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke forumun işini yüksək qiymətləndirib: “Aqrar və yaşıl enerji texnologiyalarının inkişafına nail olmaq hər bir ölkə üçün əhəmiyyətli və strateji məsələdir. “Nar”-ın təqdim etdiyi yüksək keyfiyyətli xidmətlər və həllər bu sahənin inkişafına öz müsbət təsirini göstərəcək. “Nar” Bakıda və regionlarda 4G şəbəkəsini daha da genişləndirməklə, Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqini dəstəkləyir”.

Foruma dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssis qatılıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən aqrar və yaşıl texnologiyalar üzrə ixtisaslaşmış ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş yerli mütəxəssislər iştirak edib. Forumda aqrar innovasiyalar üzrə mütəxəssislər tərəfindən maraqlı çıxışlar olub.



“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar