Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı “Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atdı - Yenilənib

Cinayət hadisəsi ötən gecə Nəsimi rayonu, 381-ci məhəllədə yerləşən 14 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib

İlkin araşdırmalar zamanı məlum olub ki, ər-arvad gecə təxminən saat 3 radələrində uşaqlar eşitməsinlər deyə aralarında yaranan mübahisəni həll etmək üçün eyvana çıxıblar.

Qeyd edək ki, birgə nikahdan onların iki qız övladları var. Ailənin 10 yaşlı qızı isə psixi pozuntudan əziyyət çəkir.

Son vaxtlar ər-arvad arasında dava-dalaş mütəmadi xarakter alıb. Gecə saatlarında yaranan növbəti insident isə faciə ilə sonuclanıb. Həyat yoldaşının ona irad tutmasına əsəbiləşən ailə başçısı həmin an özünü idarə edə bilməyib və onu eyvandan atıb.

Taxveli ilkin dindirmə zamanı hadisəni narkotik vasitənin təsiri altında törətdiyini etiraf edib. O, həmin vaxt marixuana çəkdiyini deyib və ekspertiza bu faktı təsdiqləyib.

* * *

Dünən gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək dünyasını dəyişib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, ilkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb.

Onun həyat yoldaşı Ramiz Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. R.Taxvelinin tibbi müayinəsi zamanı onu psixi pozuntularının olduğu müəyyən edilib.

O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Baku.ws-in məlumatına görə, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar