Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üçüncü devalvasiya təşvişi: Sabiq maliyyə naziri təhlükə görürmü? - Müsahibə

Fikrət Yusifov: “Biz daxili istehsalımız, ixracımız xatirinə milli valyutamızın tədricən yumşalmasına gedə bilərik. Bu olduqca normal bir haldır”

“Əslində Samir Şərifov kimlərdəsə təlaş yarada biləcək heç nə deməyib. Onun səsləndirdiyi fikirlərdə narahatçılıq üçün heç bir əsas yoxdur”.

Son zamanlar Azərbaycanda üçüncü devalvasiya təşvişi artmaqdadır. Bir çox iqtisadçı ekspertlər 2019-cu uldə üçqncü devalvasiyanın olmasını istisna etmirlər. Qeyd edək ki, üçüncü devalvasiya müzakirələri manatın məzənnəsinin həddən artıq möhkəmlənməsinə lüzum olmadığını bildirsikdən sonra başlayıb. Maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil. Onun sözlərinə görə, manatın həddən artıq möhkəmlənməsi “Azərbaycan ixracatçılarına mənfi təsir edir”.

“Çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”, deyə S.Şərifov AzTV telekanalında “Günün nəbzi” verilişinin efirində bildirib.

Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət “makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın” dəstəklənməsinə yönəldilib.

Xatırladaq ki, 2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən 2 dəfədən çox ucuzlaçşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4% möhkəmlənib. 2018-ci ilin 11 ayı ərzində isə manat dollara nisbətən 0,01% möhkəmlənib.

Tanınmış iqtisadçı Natiq Cəfərli mətbuata verdiyi açıqlamasında bildirib ki, hökumət üçüncü devalvasiyaya zəmin yaranmaması üçün lazım olan addımları atmayıb. Onun sözlərinə görə, hökumətin zamanında lazımi addımlar atmaması, ölkədə üçüncü devalvasiyanln baş verməsini istisna etmir.

N. Cəfərli qeyd edib ki, devalvasiyanın hansı səviyyədə olmağından çox şey asıldır: “Manatın dəyərdən düşməsi 10 faiz civarında olacaqsa, bu, başqa bir effekt yarada bilər. Dolların məzənnəsi 2 manatı keçəcəksə, tamam fərqli effektin ortaya çıxması mümkündür”, deyə ekspert vurğulayıb.

Qeyd edək ki, başqa ekspertlər də Natiq Cəfərlinin fikrini bölüşür bə 2019-cu oldə Azərbaycanda iqtisadi böhran yaranacağını istisna etmirlər.

Xatırladaq ki, Maliyyə Nazirliyi Səmir Şərifovun sözlərinin devalvasiya anonsu kimi qiymətləndirilməsini təxribat kimi dəyərləmdirib. Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Fikrət Yusifov: “ Hökumət kəskin devalvasiyanın tərəfdarı ola bilməz, bu nə hökumətə və nə də vətəndaşlarımıza lazım deyil”.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifovun fikirlərini öyrənib.

Sabiq maliyyə nazirinin PİA.az-a verdiyi müsahibəni təqdim edirik:

- Fikrət müəllim, Maliyyə Nazirliyi devalvasiya ehtimalını təkzib etsə də, Samir Şərifovun “Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil”, fikirləri ilə bağlı müzakirələr davam edir. Bir çox ekspertlər hesab edirlər ki, 2019-cu ildə devalvasiya qaçınılmaz olacaq və bu da ölkədə iqtisadi böhrana səbəb olacaq. Siz belə bir təhlükə görürsünüzmü?

- Son günlər mətbuat səhifələrində milli valyutamızın məzənnəsində kəskin dəyişikliklərin baş verəcəyinə dair fikirlər yer almağa başlayıb. Növbəti ilin büdcəsinin parlament müzakirələri zamanı Maliyyə Naziri Samir Şərifovun manatın məzənnəsi ətrafında söylədiyi fikirlərdən və onun bu günlərdə televiziya çıxışı zamanı bununla bağlı verdiyi açıqlamadan sonra mövzu daha geniş müzakirə predmetinə çevrilib.

Əslində Samir Şərifov kimlərdəsə təlaş yarada biləcək heç nə deməyib. Onun səsləndirdiyi fikirlərdə narahatçılıq üçün heç bir əsas yoxdur. Biz də bir qədər öncə manatın məzənnəsinin tədricən yumşaldılması təklifi ilə mətbuat səhifələrində çıxış etmişdik və özü də bunu bir dəfə yox bir neçə dəfə - xüsusilə qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşmağa başladığı bir dövrdə etmişdik.

Fikrət Yusifov: “Manatın məzənnəsinin daxili bazarI qorumaq və ixracı stimullaşdırmaq xatirinə düşünülmüş şəkildə yumşaldılması cəmiyyətdə problem yarada bilməz”.

Bəli, qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşırsa və bu ölkələrlə biz kifayət qədər ciddi ticarət əlaqələrinə sahibiksə - deməli bu vəziyyət milli valyutamıza təziqlər yaradır, daxili istehsalımız və ixracımız bundan itirir. Belə olan halda biz daxili istehsalımız, ixracımız xatirinə milli valyutamızın tədricən yumşalmasına gedə bilərik. Bu olduqca normal bir haldır. Belə məzənnə dəyişikliyi kəskin devalvasiya demək deyil.

- Hazırkı şəraitdə manatın üzən məzənməyə keçməsi iqtisadiyyat üçün təhlükə yaradırmı və yaxud da əksinə manatın birdən-birə üzən məzənmə rejiminə keçməsi iqtisadiyyatı böhrandan xilas edə bilərmi?

- Manatın məzənnəsinin daxili bazarI qorumaq və ixracı stimullaşdırmaq xatirinə düşünülmüş şəkildə yumşaldılması cəmiyyətdə problem yarada bilməz. Hökumət kəskin devalvasiyanın tərəfdarı ola bilməz, bu nə hökumətə və nə də vətəndaşlarımıza lazım deyil.

Bu gün Azərbaycan manatının kəskin ucuzlaşması üçün heç bir əsas yoxdur. Bu səbəbdən də kəskin devalvasiya həvəskarlarına bir qədər təmkinli olmağı və cəmiyyətdə panika yaratmamağı tövsiyyə edirəm.

Azərbaycanın mövcud valyuta ehtiyatları və ölkənin bütövlükdə maliyyə dayanaqlığı elə bir səviyyədədir ki, buradan hər hansı bir kəskin devalvasiyaya yol yoxdur. Kimlərsə neftin qiymətlərinin son iki ayda bir qədər azalmasını əlində bayraq edərək manatı bununla “təhlükəyə” atmağa çalışırsa, bunun da heç bir əsası yoxdur.

Fikrət Yusifov: “Devalvasiya həvəskarları bundan sonra neft amilini də əldə bayraq etmək imkanlarından məhrum olacaqlar”.

OPEK-in bu ayın 6-7- də Avstryanın Vyana şəhərində keçirilən son toplantısında bu təşkilata üzv olan və üzv olmayan neft ölkələri gündəlik neft hasilatını 1,2milyon barrel azaltmaq barəsində qərar qəbul etdilər. Neft bazarı artıq bir aydan çox idi ki, OPEK-dən belə bir addımın atılmasını gözləyirdi. Çünki gündəlik hasilatın bu qədər azalması neftin dünya bazarlarındakı qiymətlərini bir barel üçün 65-70 dollar səviyyəsində sabit saxlamaq üçün yetərlidir. Buna görə də devalvasiya həvəskarları bundan sonra neft amilini də əldə bayraq etmək imkanlarından məhrum olacaqlar.

- İddia olunan devalvasiya və iqtisadi böhran təhlükəsi varsa, sizcə hökumət qarşıdakı təhlükəni önləmək hansı addımlar atmalıdır? Hesab edirsinizmi ki, dövlətin valyuta və digər ehtiyatları iqtisadi böhranı önləmək üçün yetərli olacaq?

- Bu gün Azərbaycan öz iqtisadi potensialına və maliyyə imkanlarına görə Cənubi Qafqazda lider, bütövlükdə yerləşdiyi bölgədə isə ən güclü ölkələrindən biridir. Azərbaycan bu gün apardığı sürətli iqtisadi islahatlarla dünyanın diqqət mərkəzindədir. Onun apardığı islahatlara Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi dünyanın ən mötəbər maliyyə institutları yüksək dəyər verirlər.

Fikrət Yusifov: “Azərbaycanin apardığı islahatlara Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi dünyanın ən mötəbər maliyyə institutları yüksək dəyər verirlər”.

Ölkə Parlamenti tərəfindən 2019-cu il üçün bu günlərdə qəbul edilmiş dövlət büdcəsi və bu büdcəni müşayət edən vergi islahatları zərfi gələn il də Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi üçün ciddi əsaslar yaradır. İslahatlar paketində qeyri-neft sektorunun sürətli inkişafını hədəfləyən və bu sahədə həm daxili və həm də xarici investorlara olduqca cəlbedici investisiya mühiti yaradan addımların növbəti ildə ölkə iqtisadiyyatına daxili və xarici mənbələr hesabına ciddi yatrımlar üçün geniş meydan açır.

Azərbaycandakı uğurları qara rəngdə görmək istəyən və uğurlarımıza ikili standartlar prizmasından yanaşaraq ölkəmizin əldə etdiyi naliyyətləri görmək istəməyənlərə Azərbaycan hökuməti indi olduğu kimi növbəti illərdə də aparacağı islahatlarla və əldə edəcəyi layiqli nəticələrlə cavab verəcək.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar