Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavininə vəzifə verib
R.Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.
Xəbəri DİN-dən təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri - şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi. (unikal.org)
pia.az