Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan nazirlərin sayını azaldır

Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan hazırda mövcud olan nazirliklərin sayını azaldaraq hökumətdə ixtisarlar edəcək

Bu barədə Paşinyan özü İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Düşünürəm ki, ölkəmizdə çoxlu nazirlik var, onların sayı azaldılmalıdır. Biz bu məsələni müzakirə edirik” – Paşinyan bildirib.

Erməni KİV-ləri yazır ki, hələ parlamentin tərkibi təsdiqlənməmiş və rəsmi prosedurla səsvermə nəticəsində baş nazir seçilmədən Paşinyanın indidən hökumətdə kadr islahatlarına başlaması onun hakimiyyət hərisi olduğunu və parlamentdə üstünlüyü ələ aldıqdan sonra istənilən məsələdə qələbə çalacağına əminliyini göstərir.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, ötən gün keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın "Mənim addımım" bloku 70,43% (884 min 456) səslə qələbə qazanıb. "Çiçəklənən Ermənistan" 8,27% (103 min 824), "İşıqlı Ermənistan" 6,37% (80 min 24) səs toplayıb.

Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublikaçılar partiyası isə 4,7 faiz səs toplayaraq 5 faizlik həddi keçə bilməyib. Bu səbəbdən də, onlar parlamentdə təmsil olunmayacaqlar.

Həmçinin, seçki nəticələrinə uyğun olaraq, ilk dəfə Ermənistanda parlamentinin say tərkibi 105-dən 129 deputata çatdırılacaq. Bu, 2015-ci qəbul olunmuş normativə əsasən müxalifətin parlamentdəki 33 faizlilk mandatının təmin olunması üçün ediləcək. Çünki "Mənim addımım" bloku parlamentdə 86 deputatla təmsil olunduğundan, "Çiçəklənən Ermənistan" 25, "İşıqlı Ermənistan" isə 18 mandat alacaq. (azvision.az)

pia.az


Etiket: Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar