Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fitch” Azərbaycandakı kredit və depozitlərdə dollarlaşma səviyyəsi haqda

“2016-2018-ci ilin I yarısı ərzində Azərbaycanda kredit və depozitlərdə dollarlaşma səviyyəsi azalıb”

Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı "Fitch - 2019 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları" ("Fitch Ratings 2019 Outlook: CIS & Georgian Banks”) adlı hesabatında deyilir.

“Fitch” analitikləri hesab edirlər ki, kreditlərdə yüksək dollarlaşma bank sektorunda aktivlərin keyfiyyətinə təzyiq göstərir: “Çünki borcalanların əksəriyyətinin gəlirləri xarici valyutada olmadığından onlar öz öhdəliklərini yetirə bilmirlər. Kredit və depozitlərdə dollarlaşma səviyyəsi hələ də Azərbaycanın bank sektoru üçün əsas risklərdən sayılır”.

Mütəxəssislərin fikrincə, depozitlərin dollarlaşması bankların yerli valyutada kredit ayırmasını da məhdudlaşdırır.

“Bizim hesablamalarımıza görə, bank sektorunda gecikdirilmiş borclar orta hesabla 20% səviyyəsində sabitləşib, ehtiyat ayırmalarının həcmi isə 2016-cı ildəki 51%-dən bu ilin I yarısına 70%-dək yüksəlib.

Bununla yanaşı, banklarda mühüm həcmdə hazırda işlək kimi təsnifləşdirilən restrukturizasiya olunmuş kreditlər mövcuddur. Biz hesab edirki ki, qarşıdakı bir neçə ildə banklar problemli kreditlərdən əldə olunan gəlirləri dəyərsizləşmə kimi tanıyacaq”, - deyə məlumatda vurğulanıb.(“Report”)

pia.az


Etiket: “Fitch”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar