Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna-Rusiya "dostluğuna" rəsmən son qoyuldu

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna ilə Rusiya Federasiyası arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsinin dayandırılması barədə qanun layihəsini imzalayaraq təsdiq edib

Bu barədə Poroşenko özü tvitter səhifəsində yazıb. Bildirib ki, müqavilə 2019-cu il aprelin 1-dən qüvvəsini itirəcək.

Bununla da, Rusiya ilə Ukrayna arasında dostluq münasibətlərinə rəsmən son qoyulacaq.

Qeyd edək ki, 17 sentyabrda Poroşenko Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukrayna ilə Rusiya Federasiyası arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin ləğvi barədə qərarının qüvvəyə minməsinə dair fərman imzalayıb. Daha sonra Ukrayna nazirlər kabineti XİN-ə tapşırıb ki, 27 sentyabradək Kiyevin müqaviləyə xitam vermək istəyi barədə Moskvanı və beynəlxalq təşkilatları məlumatlandırsın. Bunun ardınca Ukrayna qanunvericiliyinə uyğun olaraq müqavilənin qüvvəsinin dayandırılması barədə qanun layihəsini ötən həftə Ali Rada tərəfindən təsdiqlənib.

1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə” ilə Ukrayna və Rusiya arasında qarşılıq hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurulub. Əgər tərəflərdən heç biri etiraz etmirsə, müqavilənin uzadılma müddəti əvvəlki prolonqasiyadan başlayaraq 10 ildir.

Ukrayna ilə Rusiya arasındakı münasibətlər 25 noyabrda Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlamasından sonra daha da gərginləşib. (azvision.az)

pia.az


Etiket: Ukrayna Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar