Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 110 dövlət əmlakı hərraca qoyuldu

Şəkidə istirahət mərkəzi satışa çıxarıldı

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri yanvarın 15-də reallaşacaq.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlama verilib.

Məlumata əsasən, komitə tərəfindən təşkil olunan budəfəki hərraca ümumilikdə 110 dövlət əmlakı çıxarılacaq. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 18-i qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir. Özəlləşməyə çıxarılacaq kiçik dövlət müəssisələri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Yenidən qurulması daha çox gəlir qazandıra biləcək bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813 kvadratmetr arasındadır.

Əlverişli biznes imkanlarına malik dövlət obyektlərinə Qaxdakı əmlak kompleksini, paytaxtın Mərdəkan qəsəbəsindəki restoranları, Şəki rayonundakı istirahət zonası misal göstərilə bilər.

İnvestor üçün maraqlı ola biləcək 14 saylı yeməkxana isə Yevlax şəhərində yerləşir. Adıçəkilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 95,2 kvadratmetrdir. Xidmət fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsindəki 91 saylı mağaza uyğun seçim ola bilər. Bu dövlət obyektinin ümumi faydalı sahəsi isə 190,5 kvadratmetrdir.

Bu dəfə hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrindən 5-i Sumqayıt şəhərində, qalanları isə paytaxtda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,4 kvadratmetr ilə 1612 kvadratmetr intervalındadır.

Xidmət və ya ofis obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Badamdar qəsəbəsindədir. Ümumi faydalı sahəsi 14,4 kvadratmetr olan dövlət əmlakı üçün investor 750 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.

Dövlətə məxsus səhmlərini özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri sırasında isə kənd kimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aid müəssisələr var. Hərraca 30 -45 faizlik səhm paketləri çıxarılan əmlaklara “Bərdə Kərpic”, “Şamaxı Dəmir Beton”, “Xırdalan Nəqliyyat“, “Kürdəmir Quşçuluq” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Qeyd olunub ki, özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri haqqında məlumatlanmaq və sifariş vermək istəyən vətəndaşlar linkinə daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorlarla bərabər, özəlləşdirmə prosesi ilə maraqlanan bütün şəxsləri hərraclarda həm canlı, həm də onlayn formada iştiraka dəvət edir.

pia.az


Etiket: hərrac

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar