Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banka borcu olan vətəndaşların həbsi problemli kreditlərin həllinə kömək edirmi?

Ekspert: “Təəssüf ki, Azərbaycan təcrübəsində qanunsuz həbslər çoxdur”

“Qanunvericiliyimizə görə borcu ödəyə bilməyən insan həbs oluna, məsuliyyətə cəlb oluna bilməz”.

Bu fikirləri PİA.az-a banklara borclu insanların həbsi məsələsinə münasibət bildirərkən qeyd edib.

Bankların problemli kreditlərlə bağlı vətəndaşlarla qarşırması hər gün daha böyüməkdədir. Məhkəmələrdə isə problemli kreditlərlə bağlı böyük sıxlığın olduğu bildirilir. Son bir neçə ayda isə Daxili İşlər Nazirliyinin yaydığı məlumatlarda demək olar ki, hər gün 20-30 borclunun saxlanıldığı bildirilir. Hazırda banklara borclu insanların həbsinin problemli kreditlərin həllində hər hansı bir rol oynayıb-oynamadığı diqqəti çəkən əsas məqamlardandır.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hüquqşünas-bank üzrə ekspert Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov: “Maraqlıdır ki, bəziləri icra məmurları ilə dil tapa bilirlər, bəziləri isə yox... Hesab edirəm ki, bu hallar Baş prokurorluq tərəfindən araşdırılmalıdır”.

Hüquqçu və bank üzrə ekspert olan Əkrəm Həsənovun fikrincə borclu şəxslərin həbs edilməsinin Azərbaycan qanunvericiliyi ilə yolverilməzdir. Ümumilikdə isə Azərbaycanda həyata keçirilən həbslər əsasən korrupsiya ilə bağlıdır. Banka borcu olan bütün borclular həbs edilmir:

“Qanunvericiliyimizə görə borcu ödəyə bilməyən insan həbs oluna, məsuliyyətə cəlb oluna bilməz. Bu həm daxili, həm də Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 4-cü protokolunun 1-ci maddəsində bir mənalı olaraq bildirilir ki, hər hansı borcunu ödəyə bilməyən insan həbs oluna bilməz. Amma o şəxs ki, borcu ödəməyə imkanı olsa da ödəmir, məhkəmənin qanuni qüvvəyə minmiş qərarını icra etmir, həmin şəxslər inzibati xətalar məcəlləsinə görə 30 gün, cinayət məcəlləsinə görə 3 ilədək azadlıqdan məhrum edilə bilər. Lakin sübut edilməlidir ki, həmin şəxs məhz üzrlü səbəb olmadan borcunu ödəmir.

Amma təəssüf ki, Azərbaycan təcrübəsində belə qanunsuz həbslər çoxdur. Məmurlar və məhkəmələr borclunun maddi vəziyyətinə baxmırlar. Mən özüm belə hala görə Avropa İnsan Haqları məhkəməsinə üç şikayət göndərmişəm. Həmin şikayətlərə artıq baxılır və böyük ehtimalla Azərbaycan hökuməti cərimələnəcək. Onu da deyim ki, hər borcunu ödəyə bilməyəni həbs etmirlər.

Əkrəm Həsənov: “Avropa İnsan Haqları məhkəməsinə üç şikayət göndərmişəm. Həmin şikayətlərə artıq baxılır və böyük ehtimalla Azərbaycan hökuməti cərimələnəcək”.

Burada da icra məmurları da ayrı seçkiliyə yol verirlər. Maraqlıdır ki, bəziləri icra məmurları ilə dil tapa bilirlər, bəziləri isə yox. Bu da Azərbaycan şəraitində yayılan korrupsiya ilə bağlıdır. Hesab edirəm ki, bu hallar Baş prokurorluq tərəfindən araşdırılmalıdır.

Bu həbslər effekt verirmi? Çox təəssüf ki, Azərbaycan şəraitində effekt verir. Qanuna görə əgər borclunun bir evi varsa əlindən alına bilməz, amma icra məmurları, məhkəmələr vətəndaşları həbs etdirirlər. Sonda da icra məmurları həmin bir evi vətəndaşa satdırırlar.

Əlbəttə ki, bu düzgün deyil və bəzi hallarda insanlar özlərinə qəsd edirlər. Borca görə həbs barbarlıq dövründən qalma haldır. Heç bir Avropa, islam dövlətində belə hal yoxdur. İslam aləmində 7-ci əsrdən ,Avropada isə 19 əsrin 2-ci yarısından borca görə həbs yoxdur. Biz bu baxımdan çox geridə qalmışıq.

Bu da Azərbaycan iqtisadiyyatının, hüquq sisteminin aparıcı dünya standartlarına cavab vermədiyindən xəbər verir.Belə halla üzləşən vətəndaşlara tövsiyyəm budur ki, mütləq belə həbslə bağlı apelyasiya məhkəməsinə, daha sonra isə Avropa İnsan Haqları məhkəməsinə şikayət versinlər.

Daxili İşlər Nazirliyi borca görə həbs etmir. Borclu vətəndaşın məhkəmədən qərarı varsa icra məmuru onu axtarır və tapmadığı halda polisə müraciət edir. Söhbət borca görə həbsdən getmir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarı ola-ola icra məmurunun yanına gəlmədiyinə görə həbs edilə bilər. Əgər polis başqa səbəbdən həbs edirsə, bu daha bərbaddır”.

Əkrəm Həsənov: “İlin sonuna qədər kadr Palata növbəti dəyişikliklərinin baş verməsi gözlənilir”.

Əkrəm Həsənov həmçinin 2018-ci ildə Azərbaycanın maliyyə bazarındakı vəziyyəti də dəyərləndirib. Ekspertə görə 2018-ci ildə Azərbaycanın maliyyə bazarında durğunluq hökm sürüb. Problemli kreditlərin və əmanətlərin sayı bir az artsa da, bu artım ümumilikdə maliyyə bazarına elə elədə böyük təsiri etməyib:

“2018-ci il Azərbaycan maliyyə bazarının vəziyyətini durğunluq ili kimi qiymətləndirirəm. Heç bir dəyişiklik baş vermədi. Problemli kreditlərin sayı artıb, əmanətlərin sayı bir az artsa da elədə böyük təsiri yoxdur.

Məlum oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası işin öhdəsindən gələ bilmir və müəyyən dəyişikliklər oldu. İlin sonuna qədər kadr Palata növbəti dəyişikliklərinin baş verməsi gözlənilir”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar