Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı

Rusiyanın Xəzər donanmasının bazasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülməsi prosesi başlayıb

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, dekabrın əvvəllərində donanmanın 21 gəmisi Mahaçqala yaxınlığındakı yeni bazaya gedib. Bununla da donanmanın gəmilərinin və şəxsi heyətinin yeni bazaya köçürülməsinin final mərhələsi başlayıb.

Xatırladaq ki, Rusiya Xəzər donanmasının Kaspiyskə köçürülməsini daha yaxşı əməliyyat imkanları və coğrafi üstünlüklərin olması ilə izah edib. Donanmanın köçürülməsi barədə ideya 2011-ci ildə meydana çıxsa da Rusiya Müdafiə Nazirliyi ilk dəfə 2017-ci ildə bu haqda elan edib.

 

Hərbçilər hesab edir ki, donanmanın gəmilərinin Həştərxandan dənizə çıxması çox vaxt aparır, Xəzərin bu hissəsində suyun dərinliyi azdır, habelə alimlərin proqnozlarına görə dənizin şimal hissəsində suyun səviyyəsi daha da azalacaq. Nəticədə iri gəmilərin Həştərxan rayonunda üzməsi mümkün olmaya bilər.

Kaspiyskdə donanma üçün yeni bazanın tikilməsi sürətlə həyata keçirilib, bu işlərə 4 milyard dollar xərclənib. Dekabrın əvvəllərində elan edilib ki, Mahaçqala yaxınlığında donanmanın bazası üçün zəruri infrastruktur hazırdır.

Xəzər donanması ilə yanaşı Rusiya Cənub hərbi dairəsinin Su-30SM qırıcıları ilə təchiz edilmiş aviapolku da Rostov vilayətindən Kaspiyskə köçürülür. Köçürmə prosesi tezliklə başlayacaq. Beləliklə, Rusiya Dağıstan sahillərində güclü donanma ilə yanaşı aviapolka da malik olacaq.

Rusiyanın Xəzər donanması öz gücünə görə hətta Baltik donanmasını geridə qoyur. Rusiyanın Xəzərdə bu cür armada cəmləşdirməsi regionundakı geosiyasi proseslər və Moskvanın bu regiona nə dərəcədə böyük əhəmiyyət verdiyini göstərir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar