Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb

"Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətləri dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiqləməsidir"

"Bu sənəd Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına güclü təkan verəcək".

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin sammiti keçirilib. Zirvə toplantısının yekununda region üçün tarixi sənəd - Xəzər dənizinin statusuna dair konvensiya imzalanıb.

"Aktaudakı Xəzər sammiti dənizin hüquqi statusuna dair Konvensiya üzərində iyirmi ildən çox sürən işə yekun vurdu. Bu iş, ilk növbədə Xəzərin bizə verdiyi faydalardan - enerji və bioloji resurslardan və nəqliyyat imkanlarından daha səmərəli istifadə etmək üçün tələb olunurdu.

Mən hesab edirəm ki, Konvensiyanın əsas nailiyyətlərindən biri beş dövlətin Xəzərdə baş verə biləcək hər şey üçün öz məsuliyyətini birmənalı şəkildə təsdiq etməsidir. Onlar burada ortaya çıxacaq bütün məsələləri özləri həll edəcəklər", - deyə Lavrov Qazaxıstanın "Xabar" informasiya agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qeyri-regional ölkələr əməkdaşlıq etməyə dəvət olunurlar, lakin Xəzəryanı dövlətlər tərəfindən bu Konvensiyada razılaşdırılmış şərtlər əsasında.

Nazir həmçinin qeyd edib ki, hər bir Xəzəryanı dövlətin suveren və balıqçılıq zonasının müəyyənləşdirilməsi ilə bağlı məsələlərin əlaqələndirilməsinin zəruri olacağı meyarların müəyyən edilməsi də "çox vacib nailiyyət"dir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar