Respublikaçılar Partiyası parlamentdən kənarda qala bilər
Artıq səslərin 9,3 faizi sayılıb (2010 məntəqədən 187-si). Hazırkı nəticəyə görə Paşinyanın bloku 67,24%-lə liderlik edir, S.Sarkisyanın partiyası isə 4,05% səs toplayıb.
Qeyd edək ki, parlamentə düşmək üçün partiyalar üçün baraj 5%, bloklar üçün 7%-dir.
Onu da qeyd edək ki, müşahidəçilər “Mənim Addımım” Blokunun 80% civarında səs toplayacağını ehtimal edirlər. Serj Sarkisyanın Respublikaçılar Partiyasının isə parlamentə düşmə ehtimalı zəif qiymətləndirilir. (virtualaz.org)
pia.az