Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda terror aktı törətməkdə şübhəli bilinən dörd nəfər həbs edilib

İranın Çabahar şəhərində törədilmiş terror aktı ilə əlaqədar şübhəli bilinən 4 nəfər həbs edilib

AzərTAc xəbər verir ki, bunu Zahidan şəhərinin prokuroru Əli Müvəhhidi Rad bildirib. O deyib ki, aparılan təhqiqat zamanı Zahidan şəhərinin 4 sakini şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq davam edir.

İranın təhlükəsizlik naziri Mahmud Ələvi isə bəyan edib ki, Çabahar terrorunda xarici dövlətlərin xüsusi xidmət orqanlarının əli var. Aparılan geniş təhqiqatlar xamanı müəyyən edilib ki, Əhvazda, Çabaharda və digər şəhərlərdə törədilən terror aktlarının planı xaricdə hazırlanıb.

Xatırladaq ki, dekabrın 6-də İranın Çabahar şəhərində terrorçu kamikadze partlayıcı quraşdırılmış avtomobili şəhərin polis idarəsinin binası üzərinə sürüb. Baş verən partlayışda iki polis əməkdaşı həlak olub, 45 nəfər yaralanıb. Cari ilin sentyabrında Əhvaz şəhərində keçirilən hərbi parad zamanı da terror aktı törədilib və 25 nəfər həlak olub. Ölənlər arasında uşaq və qadınlar da var idi.

Həm Əhvazda, həm də Çabaharda törədilən terror aktları Qərb dövlətlərinin liderləri tərəfindən səssizliklə qarşılandı ki, bu da terrora dünyada ikili standartlar siyasəti çərçivəsində yanaşıldığını deməyə əsas verir.

pia.az


Etiket: İran terror

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar