Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

500 avroluq əskinaslar dövriyyədən çıxır - kimdə varsa, dəyişsin!  

Avropa Birliyi nagd ödənişlərdən imtinaya hazırlaşır

Avrozonada yanvarın 26-dan etibarən 500 avroluq əskinaslar tədavüldən çıxarılacaq. Avropa Birliyinə daxil olan 17 ölkə belə qərar qəbul edib. Almaniya və Avstriyada isə bu pul vahidi aprelin 26-na qədər qədər dövriyyədə olacaq.

2016-cı ildə Avropa Mərkəzi Bankı 2018-ci ilin sonuna doğru ən böyük avro banknotunun çapını dayandırmağa qərar vermişdi. Bənövşəyi rəngli əskinaslarla vidalaşmağa o qədər də çox vaxt qalmayıb.

Araşdırmaçılar ümid edir ki, € 500 avronun ləğvi Avropada oğurluq pulların yuyulması və terrorun maliyyələşdirilməsi kimi halların qarşısına sədd çəkəcək.

O da maraqlıdır ki, Avropa Birliyi, ümumiyyətlə, nağd puldan imtina etmək haqqında planlar çızır. Kontaksız ödənişin üstünlükləri vurğulanır. Kartla ödənişin tətbiqi bütün dünyada pulu əvəz etməkdədir.

Hazırda Çində sakit inqilab gedir. Məqsəd nağd pulun ləğvinə hesablanıb. Daha çox mağazada "Nağd pul almırıq" qeydləri gözə dəyir. Supermarket, hotel və ya yanacaqdoldurma məntəqələri mobil ödəniş xidmətləri üzərindən smartfonlar vasitəsilə ödəmələrə keçib.

Artiq dünyanın inkişaf etmiş ölkələrində iri mağazalarda kassa sistemi aradan qaldırılmaqdadır. Məsələn, İsveçdə ödənişlərin 80 faizi kartladır. "Money, Money, Money" mahnısı ilə məşhur olan ABBA-nın Muzeyində belə ödəniş kartla olur. (Musavat.com)

P.S Azərbaycanda da 500 avroluq askinaslara sahib olan vətəndaşlar bu barədə ciddi düşünməlidir. Sonra gec ola bilər.

Xəbər bu linkdəki materiala əsasən hazırlanıb: https://www.sueddeutsche.de/geld/geld-banknoten-euro-1.4245551

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar