Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan evi”nin rəhbəri: “Azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur”

“Hazırda Fransada vəziyyət dəyişməz olaraq qalır. Hökumətin təklifləri ilə “sarı jiletli”lər razılığa gəlməyiblər. Təbii ki, bu baxımdan gərginlik davam edir”

Bunu Parisdəki “Azərbaycan evi”nin rəhbəri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Parisdəki iğtişaşları şərh edərkən deyib.

O bildirib ki, bəzi etirazçılar nə istədiklərini belə bilmirlər: “Sarı jiletli”lər adı altında istər sağçı ekstremistlər, istərsə də qatı milliyyətçilər Parisdəki asayişi pozurlar. Bunlara həm də dağıdıcı qüvvələr demək olar. Bu da məsələni daha da ağırlaşdırır. Bəziləri nə istədiklərini artıq bilmirlər. Sadəcə dağıtmaqla məşğuldurlar. Bu da insanlarda qorxu hissi yaradır”.

Mirvari Fətəliyeva iğtişaşlardan danışarkən azərbaycanlıların təhlükəsizliyini də vurğulayıb.

Azərbaycanlıların iğtişaşlarda hər hansı təzyiqə məruz qalmasına gəlincə, deyə bilərəm ki, bir neçə gün qabaq Azərbaycanın Fransadakı səfirliyi bu barədə məlumat vermişdi. Həftənin şənbə və bazar günü evdən şəhər mərkəzinə çıxmamaq tövsiyə edilib. Öncədən edilən xəbərdarlığın nəticəsi olaraq azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur. Əlbəttə, iğtişaşlar əsasən Parisin mərkəzində baş verir. Şəhərdən kənarda həyat öz axarı ilə davam edir. Ümumilikdə siyasi baxımdan gərgindir. Gərginliyin nə vaxt bitəcəyi isə məlum deyil”/Modern.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar