Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Deviçin zədələnməsi planlarımızı pozdu"

"İlk yarıda çox zəif oynadıq. Müdafiədən çıxa bilmirdik. Boşluqları ikinci hissədə düzəltməyə çalışsaq da, yenə qol buraxdıq. Bundan sonra vuruşaraq, fərqi azaltdıq. Amma hesabı bərabərləşdirməyə gücümüz çatmadı"

Bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Marko Deviçin zədələnməsi planlarınıza nə dərəcədə təsir etdi?

Əlbəttə, ciddi təsir etdi. Marko oynayanda Cavid İmamverdiyevi arxaya çəkirdik.


Sanki hücumçularınızda qol duyumu yoxdur, son nöqtəni qoymağa ustalıqları çatmır...

Deviçin yoxluğunda gənclərə ümid edirik. Tural Qürbətovu buraxırıq, amma imkanlardan yararlana bilmir. İlk yarıda qol vura bilsəydik, fasilədən sonra fərqli futbol oynayardıq.

Heyətdən gedəcək futbolçuları müəyyənləşdirmisinizmi və qışda yeni hücumçu transfer etmək fikriniz varmı?

- Özümüzdə gedəcək futbolçuları müəyyənləşdirmişik. Lakin onların yerinə oyunçu tapmadığımızdan hələ adlarını demirəm. Mövsümün əvvəlində "Sabah"a gəlmək istəməyən futbolçular var idi. Məcburiyyətdən bu heyəti qurmuşduq. Əlbəttə, qış fasiləsində komandamıza gələn oyunçular olacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar