Quba rayonunda yanğın olub
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Qəçrəş kəndində ümumi sahəsi 56 m² olan taxtadan ibarət kottecin yanar konstruksiyaları 44 m² sahədə yanıb.
Kottecin qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
pia.az