Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya 300 tankı Ukrayna sərhədinə yığıb – Moskva yeni hücuma hazırlaşır?

Rusiya özünün şərq vilaytlərindəki 300 ədəd “T-62” tankını gətirib Ukrayna sərhədi yaxınlığında yerləşdirib

Bu haqda Ukrayna silahlı qüvvələrinin baş qərargah rəisi Viktor Mujenko dövlət informasiya agentliyinə məxsus televiziya kanalında çıxışında deyib.

Mujenko bu barədə bildirib: “Bu cür yerdəyişmələrin təbiəti sübut edir ki, Rusiya Ukraynaya zərbə vurmaq məqsədiylə yaxın zamanlarda güclü hərbi hücum bölmələri yaradacaq. Ona görə də biz yalnız Donetsk və Luqansk regionları istiqamətində deyil, Ukranyanın şimal-şərq sərhədlərindən, həmçinin də mərkəz və cənub sərhədlərindən də təcavüzə məruz qala biləcəyimizi nəzərə alırıq.”

Mujenkonun sözlərinə görə, tanklar “Şərq-2018” hərbi təlimlərinin gedişində hərəkət etdirilib.

Bizim nəşrimiz Ukrayna baş qərargah rəisinin iddialarını müstəqil şəkildə yoxlamaq imkanında deyil. İndiki anda ən azından o məlumdur ki, Moskva artıq Krımda “S-400” zenit raket kompleksləri yerləşdirib. Rusiyanın “T-62” tanklarını hərəkətə gətirməsi barəsində ehtimal “ADN Kronos” informasiya agentliyi tərəfindən verilən məlumatı yada saldı. İlk əvvəl güman edilirdi ki, tanklar Suriyaya yollanılır. Lakin agentlik məlumat verir ki,onları Ukrayna sərhəddindən geri çəkməyiblər.

Mujenko ehtiyat edir ki, Moskva hərbi hücum təşkil edəcək. Çünki yeni Rusiya diviziyası aydındır ki, müdafiə üçün deyil, hücum üçün yaradılıb. Hər halda Kiyev kəşfiyyatı tərəfindən toplanmış məlumata görə, Moskva Azov dənizindəkı texnikasının sayını demək olar ki, iki dəfə artırıb.

Mujenko bu barədə deyib: “Rusiya çox tezliklə bu qruplaşmaları döyüş hazırlğı vəziyyətinə gətirməyi düşünür.Onlar gəmiləri əvvəlcə Azov dənizinə, sonra isə Qara dənizə yerləşdirməyi planlaşdırırlar. Bu bizim üçün təhlükə yaradan, müəyyən tədbirlər görməyi tələb edən olduqca ciddi vəziyyətdir”

Belə tədbirlərin görülməsinə artıq başlanıldığını görə bilərik. Belə ki, 3 dekabrda Ukrayna prezidenti Petro Poroşenko Çerniqov şəhərinə gedib. Çerniqov öz güclərini döyüş hazırlığına gətirmək istəyən Rusiya ilə ən yaxın sərhəddi olan üç Ukrayna şəhərindən biridir. Hal-hazırda Kiyevdə çox yüksək gərginlik müşahidə olunur və ehtiyatda olan hərbi mükələfiyyətçiləri təlimlərə çağırırlar.

Kiyev Rusiyadan gələ biləcək qəfil hücumdan ehtiyat edir. Lakin hazırda Azov dənizində Rusiya və Ukrayna arasında yaşanan gərginliyin səngidiyi təsəvvür yaranır. 25 noyabrda Rusiya gəmilərinin Ukrayna gəmilərinə atəş açması (hər halda Kiyevin versiyası belədir) ilə müqayisədə indi vəziyyət bir qədər sakit görünür. Moskva gəmilərə Kerç boğazından keçməyə də icazə verib. Bu xəbəri hətta Almaniyanın xarici işlə naziri Heiko Mass xoş məramlı addım kimi qarşılayıb.

Ancaq bunlara baxmayaraq, hələ də gərginlik qalır. Şimali Atlantka Alyansının baş katibi Yens Stoltenberq bildirib: “NATO keçən illə müqaysədə özünün Qara dənizdəki fəaliyyətini genişləndirib.Biz Ukraynada da fəaliyyətlərimizi genişləndirmişik. Bundan sonra da onlara praktik və siyasi dəstəyimizi davam etdirəcəyik”
Bütün bu senarilər isə yaxın zamanlarda vəziyyətin daha da pisləşəcəyini gözləməyə əsas verir. Bu halda köhnə və təzə yaralar yenidən açılacaq. (“Gli Occi della Guerra”-İtaliya)(Tərcümə etdi: Vaqif Nəsibov, AzPolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar