Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmircan rəssamlarının sərgisi açılıb - Suraxanıda 

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinə xalq rəssamı Səttar Bəhlulzadənin 109 illiyi münasibəti ilə Əmircan rəssamlarının ənənəvi sərgisi təşkil olunub

Sərgidə Əmircan, eyni zamanda Bakının digər qəsəbələrində yaşayan 24 rəssamın çəkdiyi rəsmlər nümayiş olunur.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış oldular.

Sərginin açılış mərasimində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, Əmircan torpağı bir çox tanınmış insanları, alimləri, rəssamları, şairləri, sənət adamlarını Azərbaycana bəxş edib. Onlardan ən tanınmışlardan biri də xalq rəssamı Səttar Bəhlulzadədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli sərəncamı ilə xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi ölkəmizin hər yerində, o cümlədən xarici ölkələrdə və YUNESKO miqyasında qeyd olunub.

19 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizn Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində əsərləri ilə özünə ölməzlik abidəsi ucaldan xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib, Rayon İcra Hakimiyyəti xüsusi layihə əsasında Əmircan qəsəbəsində qəbirüstü abidəsi bərpa edilmiş, ətrafı abadlaşdırılıb.

Dünya boyakarlıq sənətində xüsusi yeri olan Səttar Bəhlulzadənin dünya ictimaiyyətinə tanıtdırılmasında mədəni irsimizin himayədarı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ölkəmizdə və ölkəmizdən kənarda Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğində, istedadlı rəssamların və heykəltəraşların  sərgilərinin təşkil olunmasında fəal iştirak edir.Ölkəmizdə yaradıcı insanlara həmişə böyük diqqət və qayğı ilə yanaşılır. Onların müxtəlif səviyyələrdə sərgiləri təşkil olunur.

Tədbirin sonunda sərgi iştirakçılarına diplom və kataloq təqdim olunub.Xalq rəssamı Səttar Bəhlulzadənin 109 illiyi münasibəti ilə Əmircan rəssamlarının ənənəvi sərgisinin aşılış mərasimində Əməkdar incəsənət xadimi, tanınmış heykəltəraş, xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, xalq rəssamı Qəyyur Yunus, xalçaçı- rəssam, xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar İncəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev çıxış etdilər. Sonra sərgiyə baxış oldu.

 

pia.az

Fotolar




Etiket: Suraxanı sərgi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar