Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dilimizdə əcnəbi sözlərin işlədilməsi də ciddi problemlərdən biridir” – Professor

“Dilimizdə əcnəbi sözlərin (alınma sözlərin yox, məhz əcnəbi sözlərin) işlədilməsi də ciddi problemlərdən biridir”

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Mahirə Hüseynova “Xalq qəzeti”ndə dərc olunan məqaləsində deyib.

Professorun sözlərinə görə, bu prosesi tənzimləmək qaçılmaz sayılır:

“Qəbul edək ki, qloballaşan dünyada dilimizin leksikasında alınma sözlər olaraq bir sıra əcnəbi sözlərin pasport alması prosesinin nəinki qarşısını almaq, əksinə, dilimizin normalarını qorumaqla bu prosesi tənzimləmək qaçılmaz sayılır və bu, belə də olmalıdır. Elmi-texniki inkişafın nəticəsi kimi dilimizin leksik tərkibinə daxil olan belə sözlər gündəlik həyatımızın tərkib hissəsinə çevrilir və bu proseslərdən yayınmaq istəyinin özü belə normal sayıla bilməz. O da normal hal hesab olunmaz ki, bu, kor-koranə baş versin. Əlbəttə, dildə gedən və yaxud getməsi zəruri olan belə proseslər günümüzə qədər müxtəlif qurumlar tərəfindən sadəcə, seyr edilməyib. Həmin qurumların o proseslərə fəal müdaxiləsini görmək olur. Ümumiyyətlə, onu qeyd etmək yerinə düşür ki, bu istiqamətdə aparılan işlərin miqyası son illər intensivləşib”.

Onun sözlərinə görə, bu intensivlik prosesində Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun fəal mövqeyini hiss edirik.

“Həmin qurumların təmsilçilərinin ölkəmizin dilçi alimləri və vətəndaş mövqeyi olan ziyalıların iştirakı ilə ən müxtəlif tədbirlərdə görmək olur. Bu, Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlərin nəzarətdə saxlanılması təşəbbüsü kimi diqqətçəkəndir”, – deyə M.Hüseynova öz məqaləsində yazıb.

Bundan əvvəl kafedra müdiri bildirib ki, ədəbi dilin televiziya və radiolarda bərbad hala salınması adiləşib.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar