Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parisdə etirazlar böyüyür

Fransa paytaxtı Parisdə yanacaq vergisinin artırılmasına etiraz edən “Sarı jiletli”lərin aksiyaçı davam edir

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar prezident sarayını mühasirəyə almaq istəyərkən, polis onlara mane olub və gözyaşardıcı qazdan istifadə edib.

Nəticəsdə aksiyaçılarla polis arasında toqquşma olub.

Artıq 700-dən çox adamın saxlandığı bildirilıir.

İctimai asaişi qorumaq üçün Parisin küçələrinə 8 minədək polis çıxarılıb ki, bu əvvəlki günlərlə müqaisədə xeyli çoxdur.

Ümumilikdə isə ölkə boyu asaişin qorunmasına 89 min polis əməkdaşı cəlb edilib.

Parisdə “Eyfel” qülləsi, Luvr və digər muzeylər, gur ticarət mərkəzləri bağlanıb.

Həmçinin prezident sarayının giriş-çıxışları möhkəmləndirilib, parlament binasının ətrafında isə zirehli maşınlar yerləşdirilib.

“Sarı jiletli”aksiyaçılar artıq bir neçə həftədir ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirirlər.

Hökumət sonda bu addımdan çəkinsə də, ölkə boyu nümayişlər davam edir.

Onlar ümumilikdə prezident Emmanuel Makronun iqtisadi siyasətinə qarşı çıxır, vergilərin azaldılması və maaşların qaldırılması da daxil olmaqla indi yeni tələblər irəli sürürlər.

Ötən həftə Parisdə keçirilən aksiya zamanı mağazalar qarət edilmiş, onlarla avtomobil yandırılmışdı.

Hakimiyyət xəbərdarlıq edib ki, radikal sağçı və solçu qüvvələr etirazları başqa səmtə yönəltməyə cəhd göstərirlər.


Daxili işlər naziri Laurent Lunez televiziyalarla çıxışında ölkəboyu aksiyalara 31 min nəfərin qoşulduğunu bəyan edib. Amma qeyri-rəsmi məlumatlarda aksiyalarda iştirak edənlərin daha çox olduğu vurğulanır.

pia.az


Etiket: Paris

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar