Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quş qripi ilə bağlı monitorinqlərin nəticələri açıqlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisində köçəri quşların miqrasiya marşrutlarının yerləşdiyi və havaların dəyişkənliyi nəzərə alınaraq ev quşları arasında, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında immunoloji fonun müəyyən olunması məqsədi ilə epizootoloji monitorinqlər keçirilib

Agentlikdən verilən məlumata görə, monitorinqlər 27-30 noyabr tarixlərində Bakı şəhəri, Abşeron, Xaçmaz, Neftçala, SalyanAğcabədi rayonlarında aparılıb.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasının, Bərdə, Salyan, Sabirabad və Quba regional sınaq laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşları iştirak ediblər.

Toplanmış diaqnostik nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində monitorinq aparılan ərazilərdə quş qripi xəstəliyinə rast gəlinmədiyi məlum olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar