Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclis onların xatirəsini anmaqdan imtina etdi

Milli Məclisin ötən gün keçirilən iclasınd maraqlı anlar yaşanıb

Belə ki, deputat Fazil Qəzənfəroğlu parlamentin 100 ilinin tamam olması münasibətilə Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ancaq spiker Oqtay Əsədov və onun müavini Bahar Muradova bunun əleyhinə çıxıblar.

Xatırladaq ki, Azərbaycanın birinci parlamenti 7 dekabr 1918-ci ildə təsis edilib.

F.Qəzənfəroğlu bildirib ki, bu əlamətdar gündə Milli Məclisin banilərinin xatirəsini yad etmək lazımdır.

Öz nitqində deputat, Prezident İlham Əliyevin Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin nəvəsinin müalicəsinə vəsait ayırması faktını xatırladıb və qeyd edib ki, bu, yeni respublikanın liderinin bizim dövlətimizin banilərinə diqqətinin göstəricisidir: “Laqeyd qalmayın”.

Ancaq Fazil Qəzənfəroğlunun bu bəyanatından dərhal sonra parlamentin spikeri Oqtay Əsədov deputatın dediklərini vitse-spiker Bahar Muradova ilə müzakirə etməyə başlayıb və o, təklifə başını nümayişkaranə şəkildə bulamaqla cavab verib.

Bundan sonra O.Əsədov deputatlara müraciət edərək bildirib ki, F.Qəzənfəroğlunun təklifi qəbul olunmur, çünki Milli Məclis ilk Azərbaycan Demokratik Respublikasının qurucularının və ilk Azərbaycan parlamentinin deputatlarının xatirəsini dəfələrlə bir dəqiqəlik sükutla yad edib, bu səbəbdən də indi ona xüsusi ehtiyac yoxdur.

Spiker həmçinin əlavə edib ki, 7 dekabr Milli Məclis üçün bir növ bayram günüdür və parlament kiminsə xatirəsini matəm sükutu dəqiqəsi ilə yad etmir.

Maraqlıdır ki, bundan öncə parlament sədri Oqtay Əsədovun ümumiyyətlə Azərbaycanın birinci parlamentinin 1918-ci il dekabrın 7-də keçirilən iclasının 100 ilinin tamam olmasından xəbərsiz olduğu üzə çıxıb. Belə ki, aşağıdakı kadrlardan da göründüyü kimi, yalnız vitse-spiker Ziyafət Əsgərovun spikerin qulağına pıçıldamasından sonra O.Əsədov bu əlamətdar hadisədən xəbər tutub. Və bir qədər könülsüz şəkildə həmin tarixi hadisəni deputatlara xatırlatmalı olub.

Ümumiyyətlə, ötən gün Milli Məclisdə parlamentin 100 illiyilə bağlı aparılan müzakirələr və spikerin buna reaksiyası parlament rəhbərliyinin Azərbaycan Demokratik Respublikasının qurucularına laqeyid münasibətinin növbəti təzahürü kimi qəbul edilə bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar