Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parisi qarışdıran gizli əl… –Niyə hər şey Avropa Ordusunu yaratmaq istəyindən sonra başladı?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 07 dekabr 2018-ci il

ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki sabiq baş strateqi Stiv Bennonla yolları ayrıldıqda hamı bu iki şəxsin arasının pozulduğunu düşünürdü.

Lakin onların araları pozulmamışdı, savaşaraq da ayrılmamışdılar. Bu, sadəcə ictimai rəyi aldatmaq üçün oynanan bir oyun idi.

Stiv Bennon Trampdan xüsusi tapşırıq alaraq, onunla anlaşaraq öz vəzifəsindən ayrılmışdı.

O, yeni vəzifəsində Trampın ABŞ-da başladığı nizam dəyişdirmə, köhnə strukturları yıxma işinin Avropa ayağını reallaşdıracaq və “trampizm”i yeni qlobal nizam olaraq yerləşdirəcəkdi.

Bennon işə Brüsseldən başladı

Bennon ABŞ-da yayılan, ifrat sağa çox yaxın olan populist hərəkatların Avropadakı oxşarları ilə təmasa keçərək, onların fəaliyyətinin koordinasiya edilməsini təşkil etməli idi. Ona köməkçilər, xüsusi təyyarə və pul ayrıldı.

Stiv, Ağ Evdəki vəzifəsindən ayrıldıqdan iki ay sonra Avropaya doğru hərəkət etdi.

Onun ilk hədəfi Brüssel idi. Mərkəzi Brüsseldə olan “The Movement” və lideri Mişel Madrikamenin Avropanın digər ölkələrindəki populist ifrat sağçı hərəkatlarla geniş əlaqələri vardı. Bennon, Brüsseldə əlaqələri yaxşı qurduğu halda, Avropanın digər ölkələrində də təşkilatlanmaya yönəlik yolların açıla biləcəyini görmüşdü.

2018-ci ilin sentyabr ayında Brüsseldə qurduğu əlaqələr ona Matteo Salvinin İtaliyada qaçqınlar əleyhinə qurduğu hərəkatla əlaqələrin də yolunu açdı.

Parisdəki hadisələr başlamamışdan öncə Bennonla Madrikamenin noyabr ayında Brüsseldə strateji planlaşdırma toplantısı keçirdiyi də məlumdur.

“Breitbart news”

Bennonun Avropada gördüyü təşkilatlanma işlərinin ideoloji təbliğatı ilə də onu rəhbərlik etdiyi, mərkəzi ABŞ-da yerləşən ifrat sağçı “Breitbart news”un London ayağının başında duran Rahim Qasım məşğul idi.

Stiv Bennon, ona ayrılmış xüsusi təyyarə ilə Avropada səyahət edərkən ətrafında davamlı olaraq mühafizəçi ordusu olur, qardaşı Şon Bennon da yanından heç ayrılmır.

Bennon, Tramdan aldığı tapşırığı yerinə yetirmək, Avropadakı oturuşmuş nizamı çökdürmək üçün populist partiyaların fəaliyyətini koordinasiya etməyə başlamışdı. Yalnız Avstriyanın “Freedom Party”sinin Bennonla əlaqəni rədd etdiyi və müstəqil hərəkət etməkdə israrlı olduğu məlumdur.

Fransa Prezidenti Makron, “lazım olarsa, ABŞ-a da qarşı duracaq bir Avropa ordusuna ehtiyac var” söylədikdən sonra Parisdə nümayişlərin başlaması heç də, anladıldığı kimi, məsum məqsədli bir etiraz hərəkatı deyil. Təbii ki, “Fransadakı bütün nümayişləri Bennon təşkil etdi” demirəm, lakin bu işdə onun da əli var. Avropa Birliyi Parlamentinin sədri də məhz bu üzdən “Go home Mr. Bannon” deyərək, danışmaq ehtiyacı duydu.( Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar