Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində istehsal edilmiş vaza hərracda rekord qiymətə satılıb

Avstriyanın Zaltsburq şəhərində keçirilən Asiya incəsənəti üzrə xüsusi hərracda Çində istehsal olunmuş vaza rekord qiymətə satılıb

Fins.az xəbər verir ki, XVIII əsrə aid vazanın ilkin çağırış qiyməti 30 min avro olsa da, Çindən telefonla hərraca qoşulan naməlum kolleksiyaçı bu sənət əsəri üçün 7,3 milyon avro ödəyib.

Almaniyanın “Nagel-Auktionen” firmasının icraçı direktoru Filipp von Hutten hərraca çıxarılan sənət əsəri ilə bağlı bildirib ki, bu vazadan dünyada cəmi beş ədəd mövcuddur. Ekspert deyib ki, mavi-qırmızı rəng kombinasiyasında olan bu mükəmməl sənət əsərini ərsəyə gətirmək üçün azı 100-150 vaza istehsal prosesində sıradan çıxırdı. Hazırlanma tarixçəsi yaxşı sənədləşdirilmiş vazanın hazırlandıqdan az sonra Çin imperatoruna təqdim olunması və onun tərəfindən bu sənət əsərinə yüksək dəyər verilməsi də məlumdur.

Ekspert bildirib ki, vaza üçün belə bir yüksək məbləğin ödənilməsi bir çoxları üçün anlaşılmazdır. Lakin hazırda çinli kolleksiyaçılar dünya hərraclarında 300-400 il əvvəl Çindən dünyanın müxtəlif ölkələrinə aparılmış incəsənət əsərlərini alır, öz vətənlərinə geri qaytarırlar. Asiya incəsənəti üzrə ixtisaslaşmış Zaltsburq hərracı isə həm satıcı, həm də kolleksiyaçılar üçün mühüm məkandır.

Dekabrın 6-7-də keçirilən hərracda, ümumilikdə, 12 min obyekt hərraca çıxarılıb.

pia.az


Etiket: Çin vaza

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar