Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan səfirliyi Fransada yaşayan vətəndaşlarımıza müraciət edib

“Bu məkanlara getməyin, evdən çıxmayın”

Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial şəbəkə vasitəsilə müraciət edib.

Müraciətdə Fransanın dövlət orqanlarının məlumatına istinadla bildirilir ki, yanacaq vergisinin artırılmasına qarşı noyabrın 17-də başlayan və ölkənin bütün regionlarını əhatə edən etiraz aksiyaları nəticəsində 3 nəfər həlak olub, 28-i polis olmaqla 528 nəfər yaralanıb. Saxlanılan 282 nümayişçidən 157-sinə qarşı rəsmi ittiham irəli sürülüb.

Verilən məlumatlarda kriminal və radikal qrupların üzvlərinin etiraz aksiyası adı altında kütləvi iğtişaşlar törətdiyi, ictimai və iaşə obyektlərinə, eləcə də nəqliyyat vasitələrinə zərər yetirərək talançılıqla məşğul olduğu bildirilib.

Gərgin vəziyyətin davam etməsini nəzərə alaraq səfirlik Fransaya səfər edən və bu ölkədə olan Azərbaycan vətəndaşlarını baş verən iğtişaşlarla əlaqədar diqqətli olmağa, nümayişlərin keçirildiyi və “Sarı jilet”lilərin kütləvi şəkildə toplaşdığı məkanlara getməkdən çəkinməyə çağırıb.

Yerli KİV-lərdə gedən müzakirə xarakterli verilişlərə istinad edən səfirlik Azərbaycan vətəndaşlarına dekabrın 8-də evdən çıxmamağı məsləhət görüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar