Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın 17 qırıcısı Britaniya esminesinin üzərinə hücum çəkib – «Həyasız düşmənçilikdir!»

PİA.az «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Rusiyanın 17 qırıcı təyyarəsi Qara dənizdə Britaniyanın eskadron minadaşıyıcı «HMS Dunkan» gəmisinin üztünə hücum çəkib

«Daily Mail»-in xəbərinə görə, insident hələ may ayında baş verib, indi isə «Channel 5» telekanalı özünün sənədli filmində bu epizodu nümayiş etdirib.

Videoda göstərilir ki, NATO qüvvələri tərkibində üzən Kral hərbi-dəniz qüvvələrinin esminesi Krım sahillərinin 50 kilometrliyindən keçərkən, Rusiya tərəfdən onun üzərinə hərbi təyyarələr «şığıyıb».

17 ədəd qırıcının və qırıcı-bombardmançı təyyarələrin gəmi üzərində neçə müddət dövrə vurduğu xəbər verilmir. Ancaq məsafənin azlığı səbəbindən, «Dunkan»ın ekipajı Rusiya tərəfə xəbərdarlıq göndərməyə məcbur olub: «Esmines çox güclü radardan istifadə edir. O, təyyarələrin elektronikasını sıradan çıxarda bilər və onlar dənizə tökülər».

Filmdə göstərilir ki, Rusiyanın hava məkanına qayıtmazdan əvvəl pilotlardan biri gəmiyə xəbər göndərib – «Uğur olsun, uşaqlar!»

Bu zaman ekipaj üzvlərindən biri bəyan edib ki, gəmidə 48 raket olub. Ona görə də real döyüş baş verdiyi halda, qələbə britaniyalıların tərəfində olarmış.

Donanmanın nümayəndəsi Mayk Atli qeyd edib ki, «Dunkan» güman ki, son 25 ildə bu miqyasda hücumun şahidi olmuş yeganə gəmidir. Qeyd olunur ki, Britaniyanın müdafiə naziri Gevin Uilyamson bu insidenti «həyasız düşmənçilik» adlandırıb və ekipajın işini yüksək qiymətləndirib.

pia.az


Etiket: Rusiya Britaniya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar