Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin dünyada reytinqi necədir? –26 ölkədə keçirilən rəy sorğusunun nəticələri açıqlandı  

Rusiya Prezidenti Vladimir Putinin ölkəsini yenidən dünyanın güclü dövlətinə çevirmək cəhdləri azacıq da olsa, bəhrə verməkdədir

“Pew” araşdırma mərkəzinin 25 ölkədə keçirdiyi rəy sorğusunda bir fikir üstünlük təşkil edib – Rusiya on il öncəyə baxanda beynəlxalq məsələlərdə daha vacib rol oynayır. Amma bu heç də Rusiyaya münasibətin yaxşılaşması anlamına gəlmir. Elə eyni sorğu Putin və Rusiya Federasiyasına münasibətin əsasən mənfi olduğunu üzə çıxarıb.

Qlobal miqyasda, ortalama 34% Rusiyaya xoş münasibətini dilə gətirib. 26% isə Putinin dünya məsələlərində düzgün olanı etdiyinə inanır.

Yalnız dörd ölkədə – Filippində, Tunisdə, Cənubi Koreyada və Yunanıstanda rəyi soruşulanların azı yarısı Rusiyaya müsbət yanaşır. Şimali Amerika və Avropanın əksər hissəsində isə münasibət mənfidir. Elə Putinə yanaşma da oxşardır. Yalnız Filippin və Tunisdə sorğuya qatılanların yarıdan çoxu Rusiya liderinə inamını dilə gətirib.

Amma çoxları Rusiyanın beynəlxalq əhəmiyyətinin artdığını düşünür. Hər 10 nəfərdən dördü (42%) inanır ki, Rusiya 10 il öncəyə baxanda hazırda dünyada daha vacib rol oynayır. 28% Rusiyanın mövqeyini saxladığını, 19% isə Moskvanın nüfuzunun zəiflədiyini düşünür.

Rusiyanın dünya işlərində nüfuzunun güclənməsi daha çox Avropada, Şimali Amerikada və Yaxın Şərqdə hiss olunur, nəinki Asiya-Sakit Okean regionunda, Latın Amerikasında və Saharaaltı Afrikada.

Sorğu keçirilən ölkələrdən Yunanıstan və İsraildə Rusiyanın qlobal çəkisinin artdığını daha çox düşünürlər.

25 ölkədən 16-da Rusiyaya isti yanaşmırlar. Yalnız dörd ölkədə respondentlərin azı yarısı Rusiyaya müsbət baxdığını söyləyib: Filippində (63%), Tunisdə (55%), Cənubi Koreyada (53%), Yunanıstanda (52%).

Avropa və Şimali Amerikada Rusiyaya yanaşma özəlliklə mənfidir. Avropanın 10 ölkəsində ortalama 27%, Birləşmiş Ştatlarda isə yalnız 21% Rusiyaya xoş münasibət bəslədiyini deyib.

Sorğu bu ilin mayın 14-dən avqustun 12-dək 26 mindən çox respondent arasında keçirilib.

(Azadlıq radiosu)

pia.az


Etiket: Putin reytinq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar