Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi - Yeniləndi

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna yeni rəis təyin edib

Cumhuriyyet.net-in əldə etdiyi eksklüziv xəbərə görə, DGK sədri bu vəzifəyə “Broker” MMC rəhbəri Əbülfəz Məlikovu gətirib.

Ölkənin baş inhisarçısı kimi tanınan, adı qaçaqmal, gömrükdə iş adamlarının dərisini üzməkdə hallanan Ə.Məlikov illərlə gömrükdə qeyri-leqal gəlirlərin əldə olunmasında əsas fiqurant olub.
Maraqlıdır ki, ötən ay DGK sədri “Abşeron” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu haqda report.az xəbər yaymışdı.

S.Mehdiyev gömrük nəzarətinin daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələrini verib. Görünür ki, “Abşeron” postunun rəisinin fəaliyyəti onu qane etməyib.

Lakin onun yerinə təyin edildiyi bildirilən Ə.Məlikov da “az aşın duzu” deyil və hətta həbsdə olan MTN generalı Akif Çovdarova “peredaça” daşınmasında belə ittiham olunub.

Halbuki, S.Mehdiyev gömrük şefi təyin olunanda ondan kadr islahatlarında, gömrükdə şəffaflığın təmin olunmasında real işlər görəcəyi gözləntisi olanlar var idi.

Xatırladaq ki, komitə sədri adı kərə yağı monopoliyasından tutmuş təkər biznesinə qədər hallanan, brokerləri gömrükdə sahibkarları soğan qabığı kimi soyan Ə.Məlikova Abşeron gömrük postu rəisi postunu hədiyyə etməklə bu gözləntilərin üzərindən xətt çəkdi.

***

Dövlət Gömrük Komitəsi isə yayılan məlumatın əsassız olduğunu bildirib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən PİA.az-a verilən məlumata görə,  Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar