Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimidə “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib - Fotolar

Dekabrın 6-da Nəsimi Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nəsillərə əmanət” adlı anım tədbiri keçirilib

İH-dən PİA.az-a daxil olan xəbərə görə, tədbirdə əvvəlcə YAP Nəsimi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə hazırlanmış “Nəsillərə əmanət” filmi nümayiş olunub.

İcra başçısı Asif Əsgərov Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Heydər Əliyev idi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, Heydər Əliyev xalqımıza üç əmanət miras qoyub. Bunun birincisi müasir müstəqil Azərbaycan Respublikasıdır ki, dövlətimizi təhdid edən qüvvələr yox edildikdən sonra onun təhlükəsizliyi xalqımıza əmanət olunub. İkincisi, Yeni Azərbaycan Partiyasıdır. Bu siyasi qurum yarandığı gündən ölkədə intellektual kadrların yetişdirilməsində mühüm tədbirlər həyata keçirib. Üçüncü əmanət isə Azərbaycan Prezidenti İlham Əliyevdir.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və digərləri tədbirdə çıxış edib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar