Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirkət rəhbəri layihəyə ayrılmış pulla Bakıda özünə villa tikdirib - İddia

"Fair Group" tikinti şirkəti "Xəzər Waterfront" layihəsindən kənarlaşdırılıb

Buna səbəb ayrılan pulun şirkət rəhbərliyi tərəfindən mənimsənilməsi və verilən işin vaxtında başa çatdırılmaması olub. Mənbəmizin sözlərinə görə, şirkətin rəhbəri Həsən Quliyev layihə üçün ayrılan yarım milyon manatın 300 mini ilə özünə Bakı ətrafında villa tikdirib və lüks avtomobil alıb. Qalan pulla isə işçilər toplanılsa da, şirkət işi yarımçıq icra edib.

Qeyd edək ki, "Fair Group" layihədən uzaqlaşdırıldığı üçün 40-dan çox fəhlə də işini itirib. 2 aydır maaşlarını ala bilməyən fəhlələr işdən çıxarıldıqdan sonra əmək haqqılarının bir hissəsini alsalar da, 1 ayın pulu (ümumilikdə təxminən 30 min manat) hələ də verilməyib. Fəhlələrdən birinin sözlərinə görə, "Fair Group"un müdir köməkçisi Faiq Vəliyev yalançı vədlərlə onları aldadır və maaşın bu gün, sabah köçürüləcəyini deyərək, fəhlələri get-gələ salır.

Fəhlələr məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət ediblər. Şirkət isə ittihamları rədd edir.

Maraqlıdır ki, paytaxtın ən böyük layihələrindən biri olan "Xəzər Waterfront"da işləri yarımçıq qoyan "Fair Group" şirkəti "Ağ şəhər"də də bir layihəni icra edir.(Qaynarinfo)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar