Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızıl medallı məzunlarla bağlı güzəşt ləğv olunub: Ədalət bərpa olundu, yoxsa..?

Təhsil eksperti: “Qızıl medal alan şagirlərin qəbul imtahanındakı nəticələri kifayət qədər aşağı olur”

“İmtahansız qəbul olmaq şansının yaradılmasının təhsildə ciddi və sistemli korrupsiyanın bünövrəsini qoyacağını təxmin etmək çətin deyil”

Bu fikirləri PİA.az-a təhsil eksperti Kamran Əsədov orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə imtahansız qəbul olunması haqqında müddəanın ləğv olunması məsələsinə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqları barədə müddəa qeyd edilmişdi. Lakin ictimai müzakirələrdən sonra orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa “Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarılıb.

Çünki bu müddəa ictimaiyyət, təhsil ekspertləri, müəllimlər tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov: “Qızıl və gümüş medal almaq üçün prosedurların keçirilməsi bir çox hallarda şəffaf olmur”

Təhsil eksperti Kamran Əsədovin fikrincə, müddəanın qəbul ediləcəyi təqdirdə yeni korrupsiya mənbəyinin yaranacağı qaçınılmaz idi. Çünki bu prosedurun şəffaflığına və direktorların seçim zamanı yaxınlıq prinsipindən istifadə etməyəcəyinə heç kəs təminat vermir:

“İlk növbədə qeyd edim ki, 2013-cu ildə ölkə prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunur ki, ali təhsilin əlçatımlılığı təmin olunsun, onun əhatə dairəsi genişləndirilsin. Bunun üçün təkcə uzunmüddət tətbiq olunan test imtahanı ilə yanaşı, gənclərin bilik və bacarıqlarının digər vasitələrlə yoxlanılıb ali məktəblərə qəbul edilməsindən istifadə olunsun. Bundan sonra ali məktəblərə qəbulun əlçatımlılığı üçün beynəlxalq təcrübədən istifadə olunmağa başlandı.

Hal – hazırda qüvvədə olan Azərbaycanda ali məktəblərə qəbul qaydaları:

a)DİM-in I-II-III-IV və V ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak edib müvaiq keçid balı toplamaqla qəbul olmaq olar;

b) Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali məktəblərə qəbul ola bilərlər;

c) respublika fənn olimpiadalarının qalib gəldikləri fənn üzrə ali məktəblərə qəbul ola bilərlər;

d) Beynəlxalq İmtahan- İELTS, SAT, TOEFL nəticələri ilə ali məktəblərə qəbul ola bilərlər;

e) yüksək səviyyəli beynəlxalq müsabiqələrin qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar;

f) , yüksək səviyyəli beynəlxalq yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar;

g) ali təhsil müəssisələrində hazırlıq qruplarında təhsil alanlar sonda imtahan verməklə ali məktəbə qəbul olurlar;

h) Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar;

l) Orta ixtisas təhsili müəssisələrini – kollecləri bitirənlər ixtisasları üzrə ali məktəb qəbul ola biləcəklər.

Siyahıya baxanda qəbulun əlçatımlılığının şahidi oluruq. Yəni ali məktəb qəbul olmaq üçün kifayət qədər yol, üsul var. Nəzərə alsaq ki, qeyd olunanlar kifayət qədər çətin müsabiqələrdir, o zaman buna müsbət baxa bilərik.

Kamran Əsədov: “Məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçınılmaz olur”

Amma orta məktəbi Qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyildi. Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahlarındakı nəticələri də təstiq edir.

Əgər respublika və beynəlxalq olimpiyadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik. Onların qəbul imtahanlarında nəticələri daha yüksəkdir. Amma qızıl medal alanların isə yox.

Amma bu qaydalardan fəqli olaraq qızıl medalla orta məktəbi bitirənlərin alıi məktəblərə qəbuluna imkan verilməsi doğru ola bilməzdi.

Etraf edək ki, qızıl və gümüş medal almaq üçün prosedurların keçirilməsi bir çox hallarda şəffaf olmur. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçınılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin direktora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır. Birmənalı şəkildə deyim ki, təklif qəbul olunsa idi, burda şəffaflığın təmin olunması çətin olacaqdı. Çünki hal -hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsil idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir.

Bundan başqa, istər olimpiyada qalibləri, istər qızıl və gümüş medal alanların əksəriyyəti istedadlı uşaqlardır. Onlar onsuzda müvafiq imtahanları verməklə, tələbə adını qazanacaqlar. Yaxşı olar ki, keçid balı toplaya bilməyənlərin ali məktəblərə, təhsilə cəlb olunması üçün addımlar atılsın.

Bu dəyişikliyin çıxarılmasını müsbət hesab edirəm. Düşünürəm ki, yalnız bir neçə mərhələli prosedurları keçənlərin müsabiqədərkənar qəbuluna imkan vermək olar.

Çünki qızıl medallı orta məktəb məzunlarına ali məktəbələrə praktiki olaraq imtahansız qəbul olmaq şansının yaradılmasının təhsildə ciddi və sistemli korrupsiyanın bünövrəsini qoyacağını təxmin etmək çətin deyil. Hansı ki, bu korrupsiyanın sayəsində gələcəkdə hər sinifdən azı 5 qızıl medallı şagirdin məzun olması da mümkün ola bilərdi”.

Sübü ƏZİZOVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar