Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Belarus prezidenti Rusiyadan nəql edilən təbii qazın qiymətindən narazıdır

“Müttəfiq münasibətlərində enerji ehtiyatlarının tədarükçüsü və istehsalçısının maraqları yoxdur”

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının dekabrın 6-da Sankt-Peterburqda keçirilən zirvə toplantısında bildirib.

“Avrasiya İqtisadi İttifaqı bütöv bir sistemdir. Neft-qaz bazarının əsaslarının formalaşmasında prinsiplər üzrə razılaşmanın yoxluğu bizə ittifaqın daha sürətlə tərəqqi etməsinə imkan vermir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, min kubmetr təbii qazın nəqli Belarusda 3 dollar təşkil edir, ancaq bu, rusiyadaxili tariflərdə 3 dəfə az, yəni 1 dollardır: “Nəticədə Belarus Smolensk vilayətində qazın min kubmetrinə 130 dollar ödəyir”.

Rusiya Prezidenti Vladimir Putin KİV-in iştirakı olmadan bu məsələnin ədalətlə və açıq müzakirəsini məsləhət görüb. Onun sözlərinə görə, 2018-ci ildə Belarusa min kubmetr qazı 129 dollar satıblar. 2019-cu ildə isə bu rəqəm 127 dollar olacaq: “Almaniyaya isə 250 dollar satılır”.(Report)

pia.az

Şərh yazın.

loading...