Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Gəncə şəhər sakini, 1934-cü il təvəllüdlü Familə Xəlil qızı Rüstəmovanı avtomobil vurub.
Qadın qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
pia.az