Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağacın altında qalan məktəbli hazırda reanimasiyadadır

Xəbər verdiyimiz kimi, Sumqayıtda 13 yaşlı Aysun Məcidovanın üzərinə ağac düşüb

Zərəçəkmişin dayısı Mustafa İbişov hadisə və qızın durumu barədə yeni məlumat verib: "Hadisə 9 nömrəli orta məktəbdən bir qədər aralıda baş verib. Uşaq dərsdən çıxıb evə gələndə ağac aşıb, altında qalıb. Ətrafda görənlər onu maşına qoyaraq evə gətiriblər. Daha sonra biz uşağı travmatologiyaya gətirmişik. Uşaq hazırda reanimasiyadadır, sabah əməliyyat olunacaq".

Dayısının sözlərinə görə, uşaqda bir neçə sınıq və çat yaranıb: "Aysunun qıçlarında 5 yerdə sınıq, çanaq hissədə isə 2 yerdə çat var. Diz oynaqlarından da biri qırılıb. Bu səbəbdən ola bilər ki, onun yeriməyində problem yaransın".

"Hazırda da uşağa qan köçürdülər. Artıq lazım olan qan yığılıb" - deyə M.İbişov əlavə edib.

O baş verən hadisə ilə əlaqədar olaraq heç bir yerə şikayət etmədiklərini bildirib: "Savadsız adamlarıq, belə şeyləri bilmirik. Sadəcə olaraq hadisə baş verdikdən sonra gələn polisə bu haqda məlumat vermişik".

Qeyd edək ki, Sumqayıt şəhər Travmatologiya Xəstəxanası tərəfindən kirayədə qalan, 3 övlad sahibi olan ailənin sosial durumu nəzərə alınaraq 13 yaşlı Aysunun əməliyyatı pulsuz həyata keçiriləcək.(Sputnik Azərbaycan)

pia.az


Etiket: Məktəbli Ağac

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar