Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bill Klinton Corc Buşun dəfnində yuxuya getdi - Video

ABŞ-ın 41-ci prezidenti ata Corc Buş bir neçə gün əvvəl dünyasını dəyişib

Buşun cənazəsi bazar ertəsi Vaşinqtona gətirilib. Dünən Konqres binasında Corc Buşla vida mərasimi keçirilib. Səhər saatlarında isə cənazə Konqresdən dəfn etmək üçün mərasimlə götürülüb.

Dəfn karvanı Ağ Evin qarşısından keçərək Vaşinqtondakı Milli Kilsəyə aparılıb. Tədbirdə keçmiş ABŞ prezidentlərindən Cimmi Karter, Bill Klinton, Barak Obama və xanımları da iştirak edib. ABŞ prezidenti Donald Tramp və Melaniya Trampla yanaşı tədbirdə bir sıra xarici dövlətin lideri də iştirak edib. Keçmiş ABŞ prezidenti Bill Klinton və keçmiş prezident köməkçisi Co Bayden ayaq üstə yuxuya gediblər. Görüntülər Tvitter sosial şəbəkəsində paylaşılıb.(Ölkə.Az)

pia.az

Şərh yazın.

loading...