Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq təhsil naziri dövlət dilini qorumağa çağırdı  

Firudun Cəlilov: “Əli Həsənov ana dilimizlə bağlı dediklərini dəstəkləyirəm, ana dili dövlət üçün strateji və çox ciddi məsələdir”

Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir. Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.O bildirib ki, hər bir məmur milli dili bilməlidir: “Hər bir məmur xarici dili bilmirsə, əlbəttə, bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnalistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

PA rəsmisi əlavə edib ki, Azərbaycanda dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür: “Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət, kütləvi informasiya vasitələrində qorunmalıdır”.

Sabiq təhsil naziri, professor Firudin Cəlilov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Əli Həsənovun ana dilimizlə bağlı bu mövqeyini dəstəkləyir. Ana dilinin dövlət üçün strateji və çox ciddi məsələ olduğunu qeyd edən professor bildirdi ki, son zamanlar atılan addımlar hökumətin də dövlət dili ilə bağlı narahatlıq keçirməyə başlamasının əlamətidir. Müsbət haldır ki, artıq bu məsələ ən yüksək səviyyələrdə qaldırılır: “Bir xalq o günə qədər yaşayır ki, onun dili yaşayır. Əgər bir xalqın dili ölürsə, o xalqın özü yox olmuş sayılır. Tarixdə nə qədər belə ölü xalqlar var ki, dili əriyib gedib, ona görə də ölüdür. Məsələn, dünya mədəniyyətinə töhvələr verən şumerlər bu gün ölü xalq sayılır. Bizim ulu babalarımız dünyaya böyük mədəniyyət nümunələri veriblər, “Dədə Qorqud” kimi epos yaradıblar, Mahmud Kaşğarlı kimi lüğətlər yazıblar ki, min il qabaq yazılan lüğət bu gün də öz aktuallığını itirməyib. Amma çox təəssüf ki, bizim dilimizdə dünya mədəniyyətinə verilən töhvələrin təbliğatı getməyib, indi də zəif gedir. Bunun ən böyük günahını mən televiziyalarda görürəm. Çünki telekanallar ancaq bəsit şoular verməklə məşğuldurlar. Televiziyalar ziyalıları, dilçi mütəxəssisləri vaxtaşırı efirə çıxarmalıdırlar, ciddi məsələlər gündəmə gəririlməli və müzakirə aparılmalı, təbliğ olunmalıdır. Bir-iki veriliş var dillə və tarixlə bağl, o verilişlərə də adamları siyahı əsasında çağırırlar. Mən bilən mən çağırılmasına yasaq qoyulanlar siyahısındayam. Məndən xoşları gəlməyə bilər, amma axı mənim dediklərim və ya deyəcəklərim məhz ana dilimizlə, dövlətin, xalqın ən vacib məsələsi ilə bağlıdır.

Biz gərək unutmayaq ki, Rusiyanın və İranın Azərbaycanda beşinci kolonları iş aparır. Dillə də bağlı problemlərin bir çoxu buradan qaynaqlanır. Azərbaycanda Prezident Administrasiyasında uzun illər humanitar şöbəyə rəhbrəlik eləyən adam ana dilimizin düşməni idi. O halda burada türk dili, türk mədəniyyəti necə inkişaf edə bilərdi? Əlbəttə, problemlər yaranmalıydı. Problemin ciddiliyinin nəhayət hakimiyyət fərqinə varmağa başlayıb. Bu yaxınlarda ölkə başçısının verdiyi Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı, keçirilən tədbirlər, yüksək vəzifəli şəxslərin dilindən səslənən bəyanatlar, çağırışlar və sair addımlar sevindiricidir. Əli Həsənovun dünənki (srağagün) tədbirdə çıxışında ifadə etdiyi mövqe də düzgün mövqedir. Həqiqətən də ana dili məsələsində birinci məmurlar, ziyalılar, jurnalistlər, təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür”.

F.Cəlilov qeyd etdi ki, son illərdə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda bir yaxşı mənada hərəkətlənmə var. Oraya bir milli adamı rəhbər qoyublar. Orforqafiya ilə məşğul oluralar, sözlərin düzgün yazılışına fikir verirlər və sair: “Mən də o fikirdəyəm ki, hər bir məmurun, vətəndaşın xarici dil bilməsi lazımdır. Lakin bu o demək deyil ki, ana dilini unutmalıdır. Ana dili öncədir. Rus dilini bir xarici dil kimi kimi öyrənmək lazımdır. Necə ki, ingilis dilini məktəblərdə bir fənn kimi tədris edirlər, elə də rus dilini tədris etmək lazımdır. Ancaq rus dilində məktəblər açmağa nə ehtiyac var? Bu, ana dilimizə zərbə vurur.

Dövlət dilində danışmayan, danışmağı bacarmayan vətəndaşlar bilməlidir ki, onların bu dövlətdə işlə təmin olunmasında problemlər olacaq. Dövlət dilində danışa bilməyən məmurlar barədə isə tədbirlər görülməlidir. Biz ana dilimizi həm də bu yolla qorumalıyıq.

Əli Həsənovun dediklərini dəstəkləyirəm. Hesab edirəm ki, dövlət ana dilimizin qorunması, inkişafı istiqamətində çox ciddi addımlar atmalıdır. Atılan müsbət addımları isə təqdir edirəm”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar