Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəhərlər su altında qalacaq - Təhlükə

"Batan Şəhərlər" adlı tədqiqatda okean səviyyəsində sürətlə aşağı düşən şəhərlərdən söz açılıb

Amerika, Asiya, Afrikada su basqını təhlükəsi ilə üz-üzə olan şəhərlərdə prosesin müxtəlif səbəbləri var. Yanlış şəhər planı, iqlim dəyişikliyi və s. kimi faktorlar böyük fəlakətlərə səbəb ola bilər.

1. İndoneziyanın paytaxtı Cakarta dünyanın ən sürətlə çökən şəhərləri arasındadır. Ərazisinin 40%-i dəniz səviyyəsindən aşağıda yerləşən Cakarta hər il 10 düym çökür.

2. İngiltərənin paytaxtı London oxşar təhlükə ilə üz-üzə olan şəhərlərdəndir. 11 min illik buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Temza çayının sahilində qurulmuş sədd şəhəri hər il bir neçə dəfə sel təhlükəsindən qoruyur.

3. Banqladeşin paytaxtı Daka hər il yarım düym çökür. Tektonik dəyişikliklər, kanalizasiya sistemi problemi şəhərdəki dəyişikliyin səbəbi hesab edilir.

4. Taylandın paytaxtı Banqkok dəniz səviyyəsindən yüksəkdə yerləşsə də, hər il bir düym çökür. Şəhərin 2030-cu ilə qədər su altında qalması gözlənilir. Paytaxtdakı göydələnlər şəhərin köçməsinin səbəbi hesab edilir.

5. ABŞ-ın Nyu Orleans şəhəri 2040-cı ilə qədər 14,5 düym çökəcək. Ölkədə baş verən bu tip prosesin səbəbi kimi buzlaqların əriməsi, kanalizasiya suları, su, neft və qazın istehlakı göstərilir.(Qaynarinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar