Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsi Seymur Həzi ilə bağlı qərar verdi

Hökumət 13 min avro cərimələndi

Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 6-da «Azadlıq» qəzetinin siyasi şərhçisi Seymur Həzi ilə bağlı qərarını elan edib.

Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi, barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.

Qərara əsasən Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir. Qərar 3 aydan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, «Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş S.Həzi 2014-cü il avqustun 39-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edir və özünü təqsirli bilmir. Deyir ki, M.Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib. (azadlıq.org)

pia.az


Etiket: Seymur Həzi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar