Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın əsgər oğlunun Xankəndi macəraları

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmət çəkən oğlu ilə bağlı yeni məlumatlar yayılıb

PİA.AZ Modern.az-a istinadla xəbər verir ki, Ermənistanın Voskanapat.info saytının müxbiri, “Panduxt” imzalı jurnalist Nikol Paşinyanın oğlu ilə bağlı sensasion iddia ilə çıxış edib.

“Ölkəmizin ən ağır vaxtlarında hərbi xidmətdən yayınan “dezertir-baş nazir”in oğlu Aşot Paşinyan yüksək rütbəli mühafizəçi zabitlərin müşayiəti ilə Xankəndi küçələrində gəzərkən görülüb. Başqa vaxt isə Paşinyanın oğlu Xankədinin məşhur Tumanyan-57 küçəsindəki “Florens Qarden” restoranında alkoqollu içkilərlə öz yanını isitdiyi bütün Qarabağ ermənilərinə məlumdur. Bundan başqa, o, alkoqollu içkilərdən sonra ermənilərin say-seçmə qızlarını öz yanına gətizdirir”, - deyə jurnalist yazıb.

Xatırladaq ki, Nikol Paşinyanın oğlu Aşot Paşinyan 2018-ci il iyulun 9-da guya ki, öz istəyi ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə könüllü hərbi xidmətə yollanmışdı.

Onun hərbi xidmətini komfortlu şəraitdə keçirməsi, imtiyazlı və zabitlər tərəfindən göz bəbəyi kimi qorunması barədə çoxsaylı məlumatlar verilir.

Ölkə müxalifəti isə Aşot Paşinyanın Qarabağa xidmətə göndərilməsini Nikol Paşinyanın öz reytinqini əldə saxlamaq üçün atdığı addım kimi qiymətləndirir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar