Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paytaxtın “Abad məhəllə”lərində idman yarışlarına start verildi

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin hər bir güşəsində, o cümlədən paytaxtımız Bakı şəhərinin bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır

«Abad məhəllə» layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançaları və digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsüsə nyeniyetmə və gənclərin istifadəsinə verilir. Artıq bir neçə gündür ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən «Abad məhəllə» layihəsi çərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışlarının təşkili və keçirilməsinə başlanmışdır.

Yeni salınmış məhəllələrdə mini futbol və şahmat turnirləri çərcivəsində ilk yarışa Nizami rayonunda start vermişdir. Nizami rayon bələdiyyəsinin meydancasında start götürən turnirin rəsmi açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti Başçısının muavini Gülnaz İsrafilova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov və digər rəsmi şəxslər iştirak etmiş, yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulamışlar. Sonra ilk oyun keçirilmişdir. Turnir çərçivəsində eyni gündə Yasamal və Nərimanov rayonunlarında 2 həyətdə şahmat yarışlarına, Xəzər rayonunda isə mini futbol yarışına başlanmışdır.

Paytaxtın rayonlarında yeni istifadəyə verilmiş «Abad məhəllələr» də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxtın rayon Gənclər və İdman İdarələrinin təşkilatşılığı ilə keçirilən mini futbol və şahmat üzrə turnirlər 2 mərhələdə - rayondaxili və şəhər final mərhələsi üzrə keçiriləcəkdir. Ümümilikdə hər iki mərhəllə üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmənin ( ümümilikdə 1500 nəfər) iştiraki nəzərdə tutulmuşdur.

Həyət sakinləri bu yarışları böyük maraqla izləyirlər.

pia.az

Fotolar




Etiket: Abad məhəllə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar