Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı rejissorların filmi İsraildə təqdim olundu – Fotolar

Dekabrın 4-də İsraildə keçirilən “Near Nazareth İnternational” Film Festivalı çərçivəsində Rüfət Əsədov və Vüsal Nazimoğlunun rejissoru olduqları “Peyğəmbər İereminin göz yaşları” sənədli filminin təqdimat mərasimi olub

Mərasimdə film festivalının direktoru Liliya Berman, İsrail-Azərbaycan Beynəlxalq Azİz Assosiasiyasının rəhbərliyi, həmçinin digər rəsmi şəxslər iştirak edib.

“Picmus Production” (Azərbaycan) və “İsrail-Azərbaycan Assosiasiyası”nın (İsrail) birgə istehsalı olan filmin çəkilişləri bir sıra ölkələrdə - İsraildə, ABŞ-da, Almaniyada və Azərbaycanda aparılıb.

Sözügedən film Azərbaycan ərazisində doğulmuş, hazırda isə dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhidilərinin həyatından bəhs edir.

Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan filmin nümayişindən sonra son dərəcə həssaslıqla lentə alınmış ekran işinin rejissorları və yaradıcı heyəti müvafiq mükafatlarla təltif ediliblər.

Rüfət Əsədov film haqqında Teleqraf.com-a açıqlamasında qeyd edib ki, 84 dəqiqəlik tammetrajlı sənədli filminin lentə alınmasında məqsəd Azərbaycanda tolerant mühitin mövcudluğunu, eyni zamanda dini konfessiyaların bərabər, sülh şəraitində yaşadıqlarını dünyaya nümunə olaraq nümayiş etdirməkdən ibarət idi:

“Vətəndən kənarda yaşayan Azərbaycanın dağ yəhudiləri barədə çəkilmiş ekran işi çox həssaslıqla yanaşdığımız bir layihədir. Filmdə fikirləri səsləndirilən dağ yahudiləri Azərbaycanı anti-semitizmin olmadığı bir ölkə kimi göstərərək, burada yəhudilərin milli kimliyinə görə heç bir problemlə üzləşmədiklərini bildiriblər. Bir sözlə, filmin bütün qəhrəmanları dünyaya göz açdıqları dogma Azərbaycana olan məhəbbətlərini ifadə ediblər”.

Rejissor Azərbaycanda, eləcə də İsraildə bu layihəyə dəstək verənlərə minnətdarlığını da dilə gətirib:

“Bu layihəyə Vusal Nazimoglu ilə birgə başladıq. Öz adımdan və Vusal Nazimoğlunun adından bu layihədə əziyyəti olan, filmin çəkilməsinə dəstək verən dostlara təşəkkürümü bildirirəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar